Bakıda qiymətləndirmədən keçən müəllimlər yanvaradək maaşlarını artımla alacaqlar
Tarix: 05.11.2015 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


"Oktyabrın sonunda Bakıda müəllimlərin bilik və bacarıqlarının sınaq qiymətləndirilməsi üzrə nəticələr noyabr ayı ərzində rəsmiləşdiriləcək. Bundan sonra isə onların əmək haqlarının artımı həyata keçiriləcək". Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib. Nazir müavininin sözlərinə görə, yanvar ayın qədər həmin müəllimlər əmək haqlarını artımla ala biləcəklər.
C.Bayramov qeyd edib ki, Azərbaycanın daha 3 şəhər və 9 rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq. Yanvar ayından həmin qiymətləndirmədən keçən müəllimlərin əmək haqları artırılacaq. Bu növbəti ilin büdcə paketində də nəzərdə tutulub: "Düşünürük ki, müəllimlərin əmək haqlarının artımı Bakı şəhərində daha öncə olacaq. 12 rayon və şəhərdə diaqnostik qiymətləndirmə yanvaradək həyata keçirilək. 2016-cı il yanvarın 1-dən həmin yerlərdə əmək haqlarının artımının tətbiqinə başlanacaq".
Qeyd edək ki, Bakı şəhərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edən 2204 nəfər müəllimin 63 faizi təqdim edilən sualların 70 faizindən çoxuna düzgün cavab verərək yüksək nəticə nümayiş etdirib.
Ümumilikdə müəllimlərin 86 faizi sualların 50 faizindən çoxuna düzgün cavab verib. Qaydalarla müəyyənləşdirilmiş minimum 10 faizlik həddən aşağı nəticə göstərən olmayıb.
Beləliklə, bütün iştirakçılar diaqnostik qiymətləndirmədən keçmiş hesab olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info