“Yaponiyada Azərbaycandakı kimi müxtəlif milli etnik qruplar yaşamır”
Tarix: 05.11.2015 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Yaponiyanın məşhur Vaseda Universitetinin professoru Hiroaki Mohrinin iştirakı ilə konfrans keçirilib. Konfransa Vaseda Universitetinin və ADA Universitetinin tələbələri də qatılıblar.
Mərkəzdən bildiriblər ki, tədbirdə qurumun icraçı direktoru, professor Azad Məmmədov iştirakçılara BBMM-in yaranması və fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, 2014-cü ildə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdə tarixən formalaşan tolerant mühitinin, burada yaşayan müxtəlif dini konfessiyaların və milli etnik qrupların əsrlər boyu dostluq, sülh şəraitində birgə yaşamasının məntiqi nəticəsi olub. Məhz bu səbəbdən Bakıda belə bir mərkəzin yaranması dünyada heç kəsi təəcübləndirməyib. Hazirda multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və bu siyasət uğurla davam etdirilir.
Vaseda Universitetinin elmlər doktoru, professor Hiroaki Mohri Yaponiya və Azərbaycan multikulturalizmini müqayisəli şəkildə təhlil edib. O, Yaponiyada Azərbaycandakı kimi müxtəlif milli etnik qrupların yaşamadığını söyləyib. Professor vurğulayıb ki, Yaponiyada müxtəlif dinlərin fəaliyyəti var, amma onlar arasında sıx əlaqələrin olmasını demək çətindir. Bu ölkədə son zamanlar emiqrasiya problemləri də qabarmaqdadır. Bu səbəbdən biz Azərbaycanla - multikulturalizmin həyat tərzinə çevrildiyi ölkə ilə əməkdaşlıq etməkdə maraqlıyıq. Mərkəzin analitika və informasiya şöbəsinin müdiri, fəlsəfə doktoru Nəriman Qasımzadə Azərbaycan multikulturalizminin tarixi, ədəbi-bədii qaynaqları haqqında məlumat verib. Bildirib ki, Azərbaycan multikulturalizminin başlıca qaynaqlarında yer alan bir məqam azərbaycanlıların milli kimliyi ilə bilavasitə bağlıdır. Azərbaycanlıların etnogenezində türk əksəriyyətli olanlarla bərabər bir sıra başqa etnoslar da iştirak ediblər ki, bu, tarixən gəlişmiş azərbaycanlı kimliyini fərqli mədəniyyətlərə açıq saxlayan amillərdən biridir. Cəsarətlə demək olar ki, azərbaycanlı kimliyinin özü multikultural bir mahiyyətdədir. Bu kimliyin müsbət nəticələr verməsində Azərbaycan multikulturalizminin siyasi, elmi-fəlsəfi və ədəbi-bədii qaynaqları da kifayət qədər böyük rol oynayıb.
Vurğulanıb ki, IX əsrədək Azərbaycan şairləri üç dildə - Azərbaycan, fars və ərəb dillərində yazıb-yaradıblar. Şərqdə Avropa üslublu dramaturgiyanın əsasını qoyan və Qərb ədəbi dairələrində hələ öz sağlığında ikən “Şərqin Molyeri” adlandırılan Mirzə Fətəli Axundzadə komediyalarını Azərbaycan dilində yazıb, rus şairi Puşkinin ölümünə həsr etdiyi poemasını farsca qələm alıb və poemanı da özü rus dilinə tərcümə edib. Bu nümunələrdə tərbiyə alan azərbaycanlıların multikulturalizmi, əlbəttə, nümunəvi bir model yaratmalı idi. Hazırda bu modelə maraq artmaqdadır və Azərbaycan multikulturalizmi dünyadakı multikulturalizm modelləri arasında diqqət çəkir.
Mərkəzin təşkilat şöbəsinin müdiri Hikmət Babayev qurumun həyata keçirdiyi layihələrdən danışarkən deyib ki, fəaliyyətimizdə əsas missiya Azərbaycan multikulturalizminin təbliği və təşviqidir. Biz bunu təkcə xarici ölkələrdə deyil, eyni zamanda, öz ölkəmizdə də həyata keçiririk. Qarşılıqlı anlaşmanın və birgəyaşayış normalarının çox zəif olduğu dünyamız münaqişələrdən yaxa qurtara bilmir. Bu baxımdan Azərbaycanda mövcud olan tolerant mühit öyrənilir. Biz tolerantlığı və multikultural dəyərləri bütün dünyada təbliğ etməyə çalışırıq və tezliklə bu geniş bir hərəkata çevriləcək. Yaponiyalı tələbələri bu zəruri və əvəzolunmaz dəyərləri öyrənib təbliğ etməkdə bizimlə bir sırada durmağa çağırırıq.
Konfransda Vaseda və ADA universitetlərinin tələbələri arasında fikir mübadiləsi aparılıb və “Tolerantlıq diyarı Azərbaycan” sənədli filmi nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23.04.2019
Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info