Gənclər təşkilatı Azərbaycan Turizm və Menecment Universiteti ilə memorandum imzaladı
Tarix: 05.11.2015 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Bu gün Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Anlaşmanın məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində elm, tədris və təcrübənin uzlaşdırılmasını təmin etməkdir.
Memoranduma uyğun olaraq hər iki qurum Azərbaycanda vətəndaş cəmiyyəti institutları üçün təlim proqramlarının hazırlanması, qeyri-kommersiya qurumları üçün kadr potensialının formalaşdırılması istiqamətində birgə əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, Mərkəz tərəfindən 2002-ci ildə “QHT Məktəbi” yaradılmış və bu günə qədər 1000-dən çox insan onun məzunu olmuşdur. Sözügedən əməkdaşlıq memorandumu da məhz bu Məktəbin fəaliyyətinin daha da gücləndirilməsinə xidmət edəcək.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadənin əməkdaşlıqla bağlı fikirlərini bölüşərkən bildirmişdir ki, Azərbaycan Turizm və Menecment Universiteti bu gün nəinki ölkənin təhsil həyatında, həmçinin ictimai sosial həyatında vacib yer tutur. Biz əməkdaşlığımızı rəsmiləşdirməklə vətəndaş cəmiyyəti institutlarının inkişafı ilə bağlı yerli imkanların öyrənilməsi, hazırlanan proqram və layihələrin birgə dəyərləndirilməsi, habelə həyata keçirilməsi istiqamətində bundan sonra birlikdə fəaliyyət göstərəcəyik. “QHT Məktəbi” Azərbaycanda vətəndaş cəmiyyəti institutları üçün insan resursları hazırlayan bir təsisatdır. Bu təsisatın gücləndirilməsi üçün digər qurumlarla da əməkdaşlığı davam etdirəcəyik.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info