Ermənistan yenə dilənir
Tarix: 05.11.2015 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


«Tert.am»:” Avrasiya İqtisadi Birliyinin Antiböhran Fondudan 300 milyon dollar kredit alınması ilə bağlı saziş imzalanıb”

Ermənistandakı ağır sosial vəziyyət insanların təkcə gündəlik həyatında deyil, bütün sahələrdə özünü göstərməkdədir. Məhz elə bunun nəticəsidir ki, ölkəni tərk edənlərin sayı sürətlə artır. Yaranmış vəziyyətdən çıxış yolu tapmağa çalışan ölkə rəhbərliyi yenidən dilənmək məcburiyyətində qalıb.
Təbii ki, bunlar ermənilər üçün adi haldır. Onlar çətin vəziyyətə düşərkən, rus tədqiqatçısı Veliçko demişkən, «Hər-cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər və təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın admları da hay-küy qoparmağa məcbur edirlər».
Həyata keçirdiyi işğalçılıq siyasəti üzündən hazırda bütün regional layihələrdən təcrid olunan Ermənistanda şərait getdikcə daha gərgin mərhələyə qədəm qoymaqdadır. Ölkənin mili valyutasınını qiymətdən düşməsi, sürətlə davam edən bahalaşma erməni əhalisinin sosial durumunun daha acınacaqlı hal almasına rəvac verməkdədir. Vəziyyətdən çıxış yolunu ölkə rəhbərliyi yenə də xaricdən borc almaqda görüb. «Tert.am» saytının verdiyi məlumata görə, Ermənistan Avrasiya Bankı ilə kredit sazişi imzalayıb. Kredit bu ölkəyə illik ödəmə dərəcəsi 2,1 faiz olmaqla 20 il müddətinə veriləcək. «Avrasiya İqtisadi Birliyinin Antiböhran Fondudan maliyyə krediti verilməsi haqqında» sazişə əsasən, Ermənistana büdcə yardım kimi 300 milyon dollar kredit verilməsi planlaşdırılır. Verilən məbləğ 100 milyon dollar olmaqla üç hissədən ibarət olacaq
Ermənistan Maliyyə Nazirliyinin verdiyi məlumata istinad edən «Tert.am» saytı borcun ölkədəki enerji sektorunun, maliyyə sabitliyinin və biznes mühitinin yaxşılaşdırılmasına və eləcə də ictimai maliyyə idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəldiləcək.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info