Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub. E, F, G və H qruplarında ümumilikdə 8 matçın oynanıldığı gündə 1/8 finala yüksələn növbəti komanda müəyyənləşib.
E qrupunda lider “Barselona” BATE-ni qəbul edib. Kataloniyalılar zəif rəqibini məğlub edərək, növbəti mərhələyə vəsiqə məsələsini böyük ölçüdə həll edib. “Roma” isə "Bayer"ə çətinliklə qalib gələrək, ikinci pilləyə yüksəlib. F qrupunda “Arsenal”ı qəbul edən “Bavariya” böyük hesabla qalib gələrək, növbəti mərhələ şanslarını xeyli yaxşılaşdırıb. Bu oyuna qədər 6 xala malik olan “Olimpiakos” isə Zaqreb “Dinamo”sundan güclü olub. Hazırda liderliyi bölüşən "Bavariya" ilə "Olimpiakos"a son iki turda 1 xal da bəs edir. G qrupunun yeganə xalsız komandası “Makkabi” bu dəfə lider “Porto”ya uduzub. Portuqaliya klubu qələbə qazanaraq, növbəti mərhələ şansını xeyli artırıb. İsrail klubunun isə ilk iki yerdən birini tutmaq şansı qalmayıb. “Çelsi” isə Kiyev “Dinamo”sunu yenərək qrupda ikinciliyə yüksəlib. H qrupunda aşkar liderlər “Zenit” və “Valensiya” müvafiq olaraq, autsayderlər “Lion” və “Gent”lə oynayıblar. Ruslar səfərdə qələbə qazanaraq, növbəti mərhələyə vəsiqəni rəsmiləşdiriblər. "Valensiya" isə Belçikada uduzaraq, vəsiqə arzularını təxirə salmalı olub:
"E" qrupu
"Barselona" (İspaniya) - BATE (Belarus) - 3:0
"Roma" (İtaliya) - "Bayer" (Almaniya) - 3:2
"Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə) - 5:1
"Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1
"Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:1
"Makkabi" (Təl-Əviv, İsrail) - "Porto" (Portuqaliya) - 1:3
"Lion" (Fransa) - "Zenit" (Rusiya) - 0:2
"Gent" (Belçika) - "Valensiya" (İspaniya) - 1:0
|