Saxta diplomların qarşısını almaq üçün yeni sistem yaradılıb
Tarix: 14.02.2013 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Ali məktəbləri bitirən məzunlara saxta diplomların verilməsinin qarşısını almaq üçün Təhsil Nazirliyi tərəfindən yeni sistem yaradılıb.
Bu barədə APA-ya Təhsil Nazirliyinin şöbə müdiri Leyla İmaməliyeva məlumat verib. O, bildirib ki, əvvəllər diplomlar hazır olduqdan sonra ali məktəblər tərəfindən götürülərək tələbələrə təhvil verilirdi. Şöbə müdirinin sözlərinə görə, artıq ötən ildən başlayaraq tələbələrə veriləcək diplomların nömrələri Təhsilin İdarəolunmasının Məlumat Sistemləri (TİMS) şöbəsindəki banka yerləşdirildikdən sonra məzunlara təqdim olunur: “İlk öncə, hər bir tələbənin diplom nömrəsi Təhsil Nazirliyi tərəfindən müəyyənləşir, TİMS şöbəsində məlumat bankında yerləşdirilir, ondan sonra ali məktəb tərəfindən aparılaraq məzunlara verilir. Bu sistem ali məktəblərdə saxta diplom faktının qarşısını almağa xidmət edir. Bir ildir ki, istifadə edilən bu sistem müəyyən məsələləri müəyyənləşdirir. Bu sistem Təhsil Nazirliyinin Xüsusi şöbəsi ilə TİMS şöbəsinin birgə fəaliyyəti nəticəsində həyata keçirilir. Belə ki, konkret olaraq hansı məzunun hansı diplomu alacağı əvvəldən müəyyənləşdirilir və məlumatların hamısı məlumat bankında yerləşdirildikdən sonra məzunlara təhvil verilir”.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info