Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda "Makkabi" (Təl-Əviv) ilə keçirilən oyun "Portu"nun qapıçısı İker Kasilyas üçün əlamətdar olub.
"Portu"nun qalib gəldiyi oyun Kasilyasın turnirdə 91-ci qələbəsi olub. Bununla da, ispaniyalı qolkiper Çempionlar Liqasında ən çox qələbə qazanan futbolçular siyahısında "Barselona"nın sabiq yarımmüdafiəçisi Xavi Hernandezə çatıb. Hər iki futbolçu bu göstəricidə birinci-ikinci pillələri bölüşdürür. "Real"ın canlı əfsanəsi Raul Qonzales isə 74 qələbə ilə 3-cü pillədə qərarlaşıb. Qeyd edək ki, səfərdə "Makkabi"nin qonağı olan "Portu" rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
|