Avtomobillərinə plyonka vuranlar 50 manat cərimə olunacaq
Tarix: 14.02.2013 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Artıq paytaxt Bakıda, eləcə də respublikanın digər rayon mərkəzlərində və rayonlararası yollarda nəqliyyat vasitələrini qadağan olunmuş pərdə və plyonkalarla idarə edən sürücülərə qarşı reydlərə start verilib. Bu barədə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Şöbə rəisinin sözlərinə görə, qanunla nəqliyyat vasitələrinin icazə verilməyən örtüklərlə idarə edilməsi qadağandır və buna görə sürücülər məsuliyyət daşıyır.
"Nəqliyyat vasitələrini tətbiqinə icazə verilməyən örtüklərlə idarə edən sürücülər birmənalı olaraq bilməlidir ki, həmin pərdə və plyonkalar nəqliyyat vasitələrinin istismarının qadağan olunmasına səbəb olan nasazlıqlar siyahısına aid olduğundan, bu nasazlığın yerində aradan qaldırılması mümkün olmursa, həmin nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilir və həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinə (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) müvafiq olaraq, 50 manat miqdarında cərimə olunurlar. Nəqliyyat vasitələri isə yalnız o nasazlıqlar aradan qaldırıldıqdan və həmin sürücüyə inzibati tənbeh verildikdən sonra mühafizə olunan duracaqlardan buraxılır"-deyə şöbə rəisi bildirib.
Yol Polisi İdarəsinin şöbə rəisi sürücülərə bu nasazlıqları təcili aradan qaldırmağı tövsiyə edib. "Sürücülərə tövsiyə edirik ki, ümumiyyətlə, öz avtomobillərində tündləşdirmə həddi təyin olunmuş şüşələrə plyonkalar vurublarsa və ya sənayə üsulu ilə hazırlanmayan digər tünd şüşələrdən istifadə ediblərsə, təcili bu çatışmazlıq və nasazlıqları aradan qaldırsınlar. Əks halda həmin sürücülər məsuliyyətdən kənarda qalmayacaqlar"-deyə Əliyev vurğulayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışı zamanı avtomobillərdən plyonkaların yığışdırılması tapşırığını verib.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunda sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.
Bu qanunun tələblərinə əsasən, işıqburaxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.
Qanunun tələbinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.
Günay




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info