“Azərbaycanda arxeoloji tədqiqatlar: 2013-2014” kitabının təqdimatı olub
Tarix: 06.11.2015 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda AMEA-nın 70 illik yubileyinə həsr edilən “Azərbaycanda arxeoloji tədqiqatlar: 2013-2014” kitabının təqdimatı olub. Tədbirdə bu elm müəssisəsinin direktoru, professor Maisə Rəhimova ölkə rəhbərliyinin arxeologiya elminə diqqət və qayğısından, 2013-2014-cü illərdə respublika ərazisində institutun ekspedisiyalarının apardığı qazıntılar və bu tədqiqatların qədim tariximizin öyrənilməsində əhəmiyyətindən danışıb.
M. Rəhimova qeyd edib ki, son dövrlərdə Azərbaycan arxeoloq və etnoqraflarının danılmaz uğurlu tədqiqatları Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 70 illik yubileyinə layiqli töhfədir. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, ölkəmizin arxeologiya və etnoqrafiyası Azərbaycan xalqının qədim tarixini, maddi və mənəvi mədəniyyətini tədqiq edən prioritet elm sahələrindən biridir. AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan xalqının maddi və mənəvi sərvətlərinin bəzi bədxah əcnəbi qüvvələr tərəfindən əsassız mənimsənilməsinə qarşı Azərbaycan arxeoloqlarının və etnoqraflarının elm müstəvisində layiqli mübarizəsindən söz açıb.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info