Tarif Şurası: “Bəzi dərmanların qiymətləri dəfələrlə endirilib”
Tarix: 06.11.2015 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


“Təzyiq əleyhinə olan amlodipin, xolestirin tənzimləyici atorvastatin, qan durulaşdırıcı klopidoqrel tərkibli dərmanların qiymətləri 6-8 dəfə aşağı salınıb. Şuranın son qərarı ilə həmçinin, öskürək əleyhinə olan, xolesterin tənzimləyici, ağrıkəsici, mədə-bağırsaq sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri və s. ilə əlaqədar dərmanların qiymətləri dəfələrlə endirilib”. Bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov deyib.
Onun sözlərinə görə, hazırda Tarif (qiymət) Şurası tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənib: “Bunun nəticəsində satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 50% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 26% dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb, bütövlükdə isə, həmin dərman vasitələrinin 96%-i üzrə qiymətlər endirilib”.
Şuranın katibi qeyd edib ki, dərman vasitəsinin qiymət bəyannaməsi doldurularkən onun Türkiyədə lirə, Polşada zlota, Bolqarıstanda lev, digər istinad ölkələrində avro ilə ifadə olunan topdansatış əczaçılıq müəssisələrinə satış qiymətləri götürülür və həmin günə olan kursa əsasən ABŞ dollarına çevrilməklə hesablanır: “Bazis qiymətlər ABŞ dolları ilə ifadədə müəyyənləşdirildikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq, manatla ifadədə dərman vasitəsinin ölkə daxilində topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətləri hesablanır. Bu şərti qiymətlər əsasında dərman vasitəsinin topdansatış və pərakəndə satış qiymətləri müəyyən edilir. Tarif (qiymət) Şurası tərəfindən bazis qiymətləri dərman vasitəsinin idxalçıları ilə istehsalçıları arasındakı hesablaşmaların aparılması üçün deyil, ölkə daxili topdansatış və pərakəndə satış qiymətlərinin hesablanmasında əsas götürülməsi üçün müəyyən edilir. Dərman vasitələrinin ölkə daxilində topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətləri hesablanarkən istehsalçı ölkələrin əczaçılıq sənayesinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, orijinal və generik dərman istehsalında iştirakı, dərman vasitələrinin qeydiyyatı ilə bağlı müvafiq qurumların nüfuzu nəzərə alınmaqla ölkələr üzrə qruplaşdırma aparılır. Qiymətlər Tarif (qiymət) Şurası tərəfindən təsdiq edildikdən sonra yenidən baxılana qədər dəyişməz qalır. Qiymətlərə yenidən baxılması proseduru Qaydalarla tənzimlənir”.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info