Dərmanların qiymətinin endirilməsi keyfiyyətə təsiri etməyəcək
Tarix: 06.11.2015 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


“Ölkəyə idxal olunan dərman vasitələrinin həm qeydiyyat prosesində, həm də idxal zamanı keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən müvafiq qaydada nəzarət olunur. Yuxarıda qeyd etdiyimiz kimi dərman vasitələrinin qiymətlərinin formalaşması digər əmtəələrin qiymətlərinin formalaşmasından fərqlənir. Belə ki, ölkələr üzrə dərman vasitələrinin qiymətlərinin təhlili göstərir ki, dərman vasitəsinin qiyməti ilə onun keyfiyyəti arasında statistik baxımdan birbaşa əlaqə, pozitiv korrelyasiya mövcud deyil”. Bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov deyib.
O qeyd edib ki, dünyada tanınmış nüfuzlu əczaçılıq şirkətləri tərəfindən istehsal olunmuş dərman vasitələri bəzi Avropa ölkələrində ucuz, bəzi Avropa ölkələrində isə daha baha qiymətə satılır: “Yaxud müşahidələrimiz eyni istehsalçının dərman vasitələrinin qiymətlərinin bir sıra Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrdə Avropa ölkələri ilə müqayisədə dəfələrlə baha olduğunu göstərir. Qiymətlərin ucuzluğunu əsas gətirərək heç cür iddia edə bilmərik ki, həmin Avropa ölkələrində dərman vasitəsini istehsal edən şirkətlər və ya keyfiyyətə nəzarət edən aidiyyəti qurumlar qiymətin aşağı olması üçün keyfiyyətdə "güzəştə" gediblər. Hətta eyni istehsalçı tərəfindən istehsal olunan dərman vasitələri müxtəlif ölkələrdə bir-birindən kəskin fərqlənən qiymətlərlə satışa çıxarılır.

Məhz bu kimi səbəblər Avropa ölkələrini "maya dəyəri", "keyfiyyət" kimi amillər əsasında deyil, istinad ölkələrində qiymətlərin müqayisəsinə dayanan referans qiymət sistemi əsasında dövlət tənzimlənməsi mexanizminin tətbiqinə yönəldib”.
O, həmçinin bildirib ki, ümumilikdə, dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin 2015-ci ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur. İlkin Məcidov deyib ki, Tarif (qiymət) Şurasının bir neçə iclası keçirilib və qiymətləri təsdiq edilən dərman vasitələrinin sayı 3 mini ötüb.

İ. Məcidov qeyd edib ki, bunlardan Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 1151 dərman vasitəsinin qiyməti artıq qüvvədədir: “Rəqabət mühitinin pozulmaması və əczaçılıq subyektləri üçün qiymətlərin dərman vasitələrinin üzərində yerləşdirilməsi, mal qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılmasının vaxt tələb etməsi nəzərə alınaraq, yeni təsiredici maddələr üzrə qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabr tarixindən, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək”.


Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info