Bakı-Nyu-York-Bakı reysləri “Boeing 787-8” Dreamlinerlə yerinə yetiriləcək
Tarix: 06.11.2015 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Noyabrın 7-dən etibarən “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-Nyu-York-Bakı müntəzəm reysləri “Boeing 787-8” Dreamliner tipli təyyarələrdə yerinə yetiriləcək.
AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, “Boeing-787-8” Dreamliner müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir.
Bu reysin sərnişinlərinə 3 xidmət sinifi - Ekonom sinfi üzrə 157 yer, Biznes sinfi üzrə 35 yer və I sinif standartlarına cavab verən lüks sinfi üzrə isə 18 yer təklif olunacaq.
AZAL-ın “Boeing-787-8” Dreamliner tipli təyyarəsi artıq transatlantik test uçuşu həyata keçirib və bu xəttin istismarı üçün bütün zəruri icazələri alıb.
Bakı-Nyu-York-Bakı müntəzəm reysləri həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetirilir. Təyyarə Bakıdan səhər saat 6-da yola düşür və Kennedi hava Limanına yerli vaxtla saat 9:30 çatır. Əks istiqamətdə uçuşlar elə həmin günlər saat 11:30 yerinə yetirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info