Daha bir qrup əlilliyi olan şəxs Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb
Tarix: 06.11.2015 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Nazirlik cari ildə keçən illə müqayisədə 64,6 faiz çox müvafiq şəxsi xaricə bərpa müalicəsinə göndərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 20 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb. Həmin şəxslər Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində həmin bölgənin zəngin təbii müalicəvi resurslardan istifadə şəraitində və peşəkar həkim-reabilitoloqların nəzarəti altında bərpa-müalicə kursu keçəcəklər. Əlilliyi olan şəxslərin yola salınması zamanı nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan insanların tibbi-sosial reabilitasiyasına diqqət və qayğısı nəticəsində bu sahədə işlərin ilbəil gücləndirildiyini vurğulayıb: “Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib ki, bu da ümumən ötən il göndərilənlərdən 64,6 faiz çoxdur. Həmçinin ötən illə müqayisədə 77,6 faiz çox əlilliyi olan şəxsin, 53 faiz çox sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib. Bu gün 20 nəfər əlilliyi olan şəxsin Türkiyəyə göndərilməsi ilə bu təbəqədən olan şəxslərin xaricdə bərpa-müalicəsi ilə bağlı cari il üçün nəzərdə tutulan tədbirlər artıq başa çatdırılır”.
S.Abdullayev Nobel Tibb Mərkəzində hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s. növlərdə müalicə prosedurlarının həyata keçirildiyini, bir çox çətin sağalan xəstəliklərin müalicəsi baxımından həmin mərkəzin müsbət təcrübəsinin olduğunu qeyd edib: “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların bərpa müalicəsi sahəsində ölkə daxilində də mühüm işlər aparılır. Təkcə cari ilin 9 ayında nazirliyin bərpa-müalicə müəssisələrində 5 min nəfərədək əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa müalicə xidməti, 7158 nəfər şəxsə protez-ortopedik bərpa xidməti göstərilib, 2526 nəfər müvafiq şəxs müalicəsi ilə əlaqədar sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin edilib, 53 nəfərin ölkə daxilində və xaricdə müalicəsinə maddi köməklik göstərilib”.
Əlilliyi olan insanların rahat şəkildə Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzinə çatdırılması, onların orada 5 ulduz oteldə yerləşdirilməsi, müvafiq xidmətlərlə təmin olunması üçün bütün təşkilati işlərin görülüb. Bu işlərə nəzarət etmək üçün nazirliyin bir nəfər həkim əməkdaşı da qardaş ölkəyə ezam edilib.
Əlilliyi olan şəxslər onların sosial müdafiəsinin gücləndirilməsinə, habelə tibbi-sosial reabilitasiyalarına və xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilmələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info