Dəmir yolunun əsaslı təmirinə start verilib
Tarix: 06.11.2015 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunacaq.
Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
N.Əzməmmədov bildirib ki, əsaslı təmir işlərinin yeni yaradılmış 5 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Müəssisənin rəisi Rizvan Rzayevin verdiyi məlumata görə, təmir işlərinə Biləcəri stansiyasında başlanılıb və artıq 1,5 km uzunluğunda baş yolun əsaslı təmiri başa çatmaq üzrədir.
Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info