Metyu Brayza AŞ PA-nın son qətnamə layihəsini şərh etdi
Tarix: 06.11.2015 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


“AŞ PA-nın Siyasi məsələlər komitəsi qətnamə layihəsini qəbul etməklə 7 il əvvəl ATƏT-in Minsk qrupunun təqdim etdiyi Madrid prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında çərçivə sazişinin əldə edilməsi üzrə Minsk qrupunun səylərinin dəstəklənməsində Avropaya daha fəal rol oynamağı tövsiyə edir”.
Bunu “Trend”ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.
Onun sözlərinə görə, bəyanatda beynəlxalq ictimaiyyətin Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonun azad edilməsi ilə bağlı çoxdankı çağırışı təkrarlanır.
M.Brayza bildirib ki, bu amillər və qoşunların təmas xəttində hər iki tərəfdən hərbi fəaliyyətlərin dayandırılması barədə çağırışlar Helsinki Yekun Aktının 3 əsas elementini qeyd edir: "Akta əsasən, istənilən münaqişə ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyin etmə, silahdan istifadə etməmə prinsiplərinə uyğun həll edilməlidir".
O əlavə edib ki, AŞ PA-nın qətnaməsi yaxşı hazırlanıb və 10 il əvvəl səsləndirilmiş çağırışlardan ibarətdir.
Qeyd edək ki, ötən gün Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırıb.
Bu barədə noyabrın 5-də AŞPA-nın Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat əsasında bu komitədə qəbul olunan qətnamə layihəsində deyilir.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info