Anestezioloq və reanimatoloqlar üçün qiymətli elmi nəşr
Tarix: 06.11.2015 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında universitein Ümumi təbabət kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cəbi İsmayılovun “Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri” ktabının təqdimat mərasimi keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikasında səhiyyənin və tibb təhsilinin müasir inkişaf səviyyəsi, yerli mütəxəssis hazırlığına dövlət qayğısı, müasir tipli müxtəif səhiyyə ocaqlarının istifadəyə verilməsi, əhaliyə tibbi xidmətin yaxşılaşdırılması haqqında danışıb. Rektor, Naxçıvanda cərrahiyyənin inkişafında özünəməxsus rolu olan, Azərbaycan Respublikasının əməkdar həkimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Cəbi İsmayılovun müəllifi olduğu yeni dərs vəsaitinin anesteziya və reanimasiya sahəsində ana dilində olan elmi, praktiki nəşr qıtlığını aradan qaldırılması baxımından əhəmiyyətindən, elmi məziyyətlərindən danışıb, müəllifə elmi-pedaqoji yaradıcılıqda, həkimlik fəaliyyətində uğurlar arzu edib.Ümumi təbabət kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasınını əməkdar həkimi İsa Abdullayev məruzə edərək yeni elmi nəşri anesteziologiya və reanimasiya elminə tarixilik və müasirlik nöqteyi-nəzərindən kompleks yanaşan bitkin, aktual bir əsər kimi dəyərləndirib. Qeyd olunub ki, çoxillik zəngin təcrübə və gərgin elmi axtarışların bəhrəsi olan, müxtəlif elmi mənbələrə isnadən yazılan ktabın ilk fəslində anesteziologiya elminin eramızdan əvvəl I əsrdə yaşamış yunan filosofu Dioskoriddən üzü bu yana keçdiyi inkişaf yolu, dünyanın məşhur həkimlərinin, eləcə də akademik M.Topçubaşovun bu elm sahəsində etdikləri tarixi kəşflər öz əksini tapıb. Müəllif anestizioloqların hər birinin bilməsi və əməl etməsi labüd olan vəzifələri punktuallıqla müəyyənləşdirib. Bu fəsildə qırtlağın cərrahi anatomiyası, larinqoskopiyanın metodikası, traxeostomiyaya göstərişlər, traxeostomiyanın texnikası, orotraxeal və nazotraxeal intubasiya, anestiziologiyada istifadə olunan əsas tibbi ləvazimatlar haqqında mükəmməl məlumat verilir. Kitabın II fəslində reanimasiya və intensiv terapiyanın prinsipləri, ağciyər-ürək-beyin reanimasiyası üçün lazım olan alət və ləvazimatlar, ürək dayanmasının simptomları, diaqnostikası, pediatriyada reanimasiya tədbirləri, reanimasiya tədbirlərinin effektivliyinin qiymətləndirilməsi, təcili yardım maşınlarında reanimasıyanın xüsusiyyətləri və ölümün mərhələləri, habelə ölümün tibbi və hüquqi əsaslandırılması, evtanasiyanın mübahisəli tərəflərininn elmi şərhi öz əksini tapıb. Yeni dərs vəsaiti bu sahədə görüləcək praktiki işlər, aparılacaq elmi-tədqiqatlar üçün də fundamental baza sayıla bilər.Naxçıvan Muxtar Respublika Xəstəxanasının Anesteziologiya-Reanimasiya şöbəsinin həkimi Elsevər Ağəliyev çıxışında vurğulayıb ki, Cəbi həkim praktiki fəaliyyətində olduğu kimi, bu elmi nəşrlə də bəzən dırnaqarası baxılan, etinasız yanaşılan anesteziologiyanın zəruri, əhəmiyyətli elm sahəsi olduğunu bir daha təsdiq edib. Kitab tənəffüs yollarının anatomiyası, traxeyanın çətin intubasiyaları, ekstubasiyalar ilə bağlı nəzəriyyəyə və praktikiya söykənən elmi yeniliklərlə maraq doğurur. Təkrar nəşr zamanı lokal anesteziya ilə bağlı elmi-nəzəri təhlillərin də verilməsi kitabın elmi dəyərini daha da artırmış olar.Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsinin cərrahı, tibb üzrə fəlsəfə doktoru Etibar Bababəyli bildirib ki, yeni dərs vəsaiti həkimlər, tibb işçiləri, tələbələr, ordinatorlar, rezidentlər və paramediklər üçün qiymətli elmi ədəbiyyatdır. İnsan həyatının xilas edilməsi, ölüm hallarının minimuma endirilməsi üçün tibbin istənilən sahəsində çalışan həkimlər reanimasiya metodlarını mənimsəməli, ekstremal vəziyyətdən çıxış yolu tapmağı bacarmalıdırlar. Buna görə də yeni dərs vəsaiti tibb sahəsində çalışan mütəxəssislərinin stolüstü kitabı olmağa layiqdir.Sonda müəllif çıxış edərək kitabın araya-ərsəyə gəlməsində əməyi keçənlərə, tədbirin təşkilatçılarına minnətdarlıq edib, müqəddəs həkimlik sənətinin şərəfli, ağır və məsuliyyətli cəhətlərindən danışıb, tələbə və rezidentlərə dəyərli tövsiyyələr verib. Tədbir yeni kitabın müəllif hədiyyəsi ilə yekunlaşıb.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info