“AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsini alqışlayırıq”
Tarix: 06.11.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


ATƏT-in Minsk qrupu Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qətnamə layihəsini alqışlayır. Bunu “Trend”ə Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.
C.Uorlik bildirib: “Biz AŞPA-nın qətnamə layihəsini oxumuşuq. AŞPA-nın məruzəçiləri və bu məsələdə maraqlı olan üzvləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarla bağlı məsləhətləşmələr aparmaq niyyətindəyik”.
C.Uorlik vurğulayıb ki, Minsk qrupu münaqişənin uzunmüddətli həlli yollarının tapılmasına köməklik göstərmək üçün istənilən təşkilatla əməkdaşlıq etməyə hazırdır.
Qeyd edək ki, AŞPA-nın Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat əsasında bu komitədə qəbul olunan qətnamədə Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırış edilir.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
16.01.2019
Sarkozi Azərbaycan-Fransız Universitetində olub
16.01.2019
İsveçrə səfiri icma rəhbəri Tural Gəncəliyevlə görüşüb
15.01.2019
Tural Gəncəliyev: “Paris görüşü irəliləyişin əldə olunmasına ümidlərimizi artırır”
15.01.2019
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info