Voloqda sakinləri Heydər Əliyevin şəhər qarşısında xidmətlərini unutmurlar
Tarix: 06.11.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


1983-cü ildə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev Rusiyanın Voloqda şəhərinin bayrağına Oktyabr İnqilabı ordenini sancmışdı. Bu münasibətlə keçirilən təntənələrdə Ulu Öndər şəhərin Oktyabr bağçasında palıd ağacı da əkmişdi. İndi həmin ağacın qarşısında şəhər sakinlərinin minnətdarlığının rəmzi kimi “Bu ağacı görkəmli siyasi xadim və dövlət xadimi Heydər Əliyev 1983-cü il iyulun 2-də əkib” sözləri yazılmış xatirə lövhəsi var. O günlərdən xeyli vaxt ötsə də, Voloqda sakinləri ulu öndər Heydər Əliyevin şəhər qarşısında xidmətlərini unutmurlar.
Noyabrın 5-də şəhərdə Voloqdanın Oktyabr İnqilabı ordeni ilə təltif edilməsi şərəfinə xatirə lövhəsinin təntənəli açılış mərasimi olub. Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Voloqdanın başçısı Yevgeni Şulepov iştirak ediblər.
Y.Şulepov mərasimdə çıxış edərək bildirib ki, SSRİ-nin əhəmiyyətinə görə ikinci ali ordenini Voloqdaya o zaman Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini işləmiş Heydər Əliyev gətirmişdi. Heydər Əliyev Voloqdaya tez-tez gəlirdi və hər gəlişi şəhərin iqtisadiyyatının inkişafına güclü təkan verirdi. Optika mexaniki zavodunun ikinci növbəsi, podşipnik zavodunun əlavə binası, yaşayış massivləri, məktəblər və uşaq bağçaları Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə tikilmişdi. Voloqda şəhərinin başçısı deyib:“Heydər Əliyevin Voloqdaya gəlişini xatırlayıram. Şəhər onun gəlişinə ciddi hazırlaşırdı. Heydər Əliyev Sovet İttifaqının bütün sənaye potensialına rəhbərlik edirdi və onun səfərindən sonra şəhərin həyatı yaxşılığa doğru xeyli dəyişdi”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dahi azərbaycanlı Heydər Əliyevin xatirəsinə böyük ehtirama görə Voloqda sakinlərinə təşəkkürün bildirib. Qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sovet ittifaqı dönəmində siyasi büronun üzvü, nazirlər soveti sədrinin birinci müavini idi və onun bilavasitə rəhbərliyi ilə ölkədə bir çox həyati əhəmiyyətli sahələr sürətlə inkişaf edirdi. P.Bülbüloğlu deyib: “Hazırda müxtəlif ölkələrdə yaşamağımıza baxmayaraq, əlaqələrimizi, mənəvi birliyimizi itirməmişik. Bu gün xatirə lövhəsinin açılması Heydər Əliyevin Voloqdaya səfərini yada salır. Bu, göstərir ki, iki xalq arasında mənəvi əlaqələr qırılmazdır. Rusiyanın qədim şəhərlərindən biri olan Voloqdada Azərbaycana, azərbaycanlılara, xalqımızın ümummilli lideri Heydər Əliyevə ehtiram və hörmətin şahidi olmaq mənim üçün çox xoşdur”.
Voloqdanın fəxri vətəndaşı, 1983-cü ildə bu şəhərə ali mükafatın təqdim edilməsi mərasimin iştirakçısı, Heydər Əliyevi həmin səfərində müşayiət etmiş Aleksey Plexanov vurğulayıb ki, Heydər Əliyev şəhərin bir çox problemlərinin həllinə kömək edirdi. O deyib: “33 il əvvəl Heydər Əliyev Oktyabr bağçasında palıd ağacı əkmişdi. Palıd möhkəm ağacdır, o, əsrlərə yaşayacaq və iki xalq arasında dostluğun rəmzinə çevriləcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info