Zəlzələdən ziyan görənlər üçün 20-yə yaxın ev inşa edilir
Tarix: 06.11.2015 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Şəkidə zəlzələ nəticəsində evləri zərər görmüş sakinlər üçün artıq 20-yə yaxın evin tikintisinə başlanılıb. Bunu “Trend”ə açıqlamasında Şəki şəhər İcra Hakimiyyətinin baş memarı Taleh Alxazov deyib.
Onun sözlərinə görə, işlər tam sürətlə gedir və daha çox dağıntıya məruz qalmış evlər sökülür. Digərlərində isə bərkitmə işləri aparılır: “Hazırda Qara Torpaq kəndində zərə çəkmiş evlərin əksəriyyəti sökülüb. Bu kənd zəlzələnin episentrinə yaxın olduğu üçün çox ciddi zərər görüb. Sökülənlərin yerində müasir və möhkəm evlərin inşasına başlamışıq. Tikintini aparan şirkət işləri tez yekunlaşdırmağa çalışır. Çünki qarşıdan soyuq havalar gəlir. İnanmıram ki, soyuq qış aylarında tikinti işləri görə bilsinlər”.
Baş memar qeyd edib ki, Qara Torpaq kəndindəki işlər başa çatdıqdan sonra Turan qəsəbəsində ziyan görmüş evlərdə bərkitmə işlərinə başlanılacaq: “Qara Torpaq kəndindəki dağıntılarla müqayisədə Turan qəsəbəsindəki evlər az ziyan görüb. Ona görə də burda evlərin sökülməsinə və yenilərinin inşasına ehtiyac qalmadı. Burada yalnız bərkitmə işləri həyata keçirildikdən sonra sakinlər öz evlərinə köçə biləcək”.
Qeyd edək ki, sentyabrın 4-də baş vermiş zəlzələ nəticəsində Şəkidə dağıntılar qeydə alınmışdı.




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Bayramdan sonra ilk iş gününün havası: yağmursuz, küləkli
26.03.2019
Qubanın Qırız kəndinə 20 santimetr qar yağıb
25.03.2019
Culfada yeni meyvə bağları salınır
25.03.2019
Azərbaycanda martın 26-na gözlənilən hava proqnozu açıqlanıb
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info