Azərbaycandakı məzhəblərarası birlik İslam aləmi üçün nümunədir
Tarix: 06.11.2015 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Şurasının iclasında iştirak etmək üçün Livanın paytaxtı Beyrut şəhərində səfərdə olub.
QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, Allahşükür Paşazadə həmin məclisin 50 üzvündən biri seçilib, İslam aləminin nüfuz sahibi olan və çoxsaylı ölkələri təmsil edən alimlərin iştirak etdiyi iclasda çıxış edib. O, çıxışında İslam aləminin üzləşdiyi problemlər qarşısında İslam həmrəyliyi, İslami birliyin, xüsusən məzhəblərarası birliyin daha da möhkəmləndirilməsinin zəruriliyini xüsusi vurğulayıb.
Şeyxülislam Azərbaycanda tarixən mövcud olan məzhəblərarası birliyin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da möhkəmlənməsi və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi İslam aləmi üçün nümunə olan birliyin yaradıldığını iştirakçıların diqqətinə çatdırıb.
Dağlıq Qarabağ probleminə toxunan A.Paşazadə ölkəsinin ərazisinin beşdə birinin erməni ekstremistləri tərəfindən işğal edildiyini, bir milyon həmvətənimizin qaçqın və məcburi köçkün olduğunu, işğal olunmuş ərazilərdə İslami abidələrin, məscidlərin və ziyarətgahların da dağıdıldığını qeyd edib, yığıncaqda iştirak edən alimləri bunu pisləməyə çağırıb.
Sonda Şeyxülislam A.Paşazadə ona böyük etimad göstərilərək İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Məclisinə üzv seçilməsi münasibətilə Ali Məclisin baş katibinə, təşkilatın rəhbərinə dərin təşəkkürünü bildirib.
İclas əsnasında Şeyx həzrətlərinin təşkilatın və Ali Məclisin rəhbərləri ilə, habelə, görkəmli İslam alimləri ilə ikitərəfli görüşləri olub.
Livana səfəri çərçivəsində Şeyxülislam ölkə parlamentinin sədri Nəbih Birri ilə görüşüb. Görüşdə N.Birri Azərbaycanda son günlər keçirilən parlament seçkilərini yüksək qiymətləndirib və seçkilərin demokratik şəkildə keçdiyini vurğulayıb.
Görüşdə hər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə böyük ehtiyac olduğu, bu sahədə dini liderlərin də rolu qeyd edilib.
A.Paşazadə öz növbəsində Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri bir daha həmsöhbətinin diqqətinə çatdırıb və Azərbaycan xalqının bu problemin sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu ifadə edib.
Azərbaycanda Livan kimi çoxkonfessiyalıq sahəsindəki oxşarlığı, Azərbaycanda məzhəblər və dini konfessiyalar arasındakı birlik və əməkdaşlığın çox yüksək səviyyədə olduğunu həmsöhbətinin diqqətinə çatdıran Şeyxülislam bu birliyin başqa ölkələr üçün nümunə olduğunu xüsusi vurğulayıb.
Sonda N.Birri onun salamlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına çatdırmasını Şeyx həzrətlərindən xahiş edib.
Görüşdə idarə sədrinin birinci müavini Hacı Salman Musayev və xarici əlaqələr şöbəsinin müdiri M.Payızov iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info