Bakı Slavyan Universitetində Dövlət Bayrağı Günü qeyd olunub
Tarix: 06.11.2015 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə universitetin rektoru, professor Asif Hacıyev dövlət bayrağının rəmzi mənalarına toxunub, onun milli-mənəvi dəyərlərindən söz açıb. Bildirilib ki, üçrəngli bayraq Azərbaycan dövlətinin suverenliyinin rəmzidir və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributudur. Professor Asif Hacıyev dövlət rəmzlərinin yaradılması, habelə onun geniş ictimaiyyət tərəfindən mənimsənilməsinin Ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu vurğulayıb. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin iclasında qəbul edilib. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq olunub. Sonradan Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. Prezident İlham Əliyevin18 noyabr 2009-cu il fərmanı ilə hər il 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Əsgər Əhməd çıxışında Azərbaycan ərazisində qədim dövrlərdən mövcud olan dövlət və xanlıqların bayraqları haqqında məlumat verib, bayraqların görüntülərindən ibarət slayd nümunəsini mərasim iştirakçılarına təqdim edib.
Tədbirdə tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunub, BSU-nun Məktəb Lisey Kompleksinin (MLK) şagirdlərinin ifasında vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndirilib.
BSU-nun Mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info