Turk jurnalist Dundar Kesapli Romada önəmli mükafata layiq görülüb
Tarix: 06.11.2015 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Uzun illərdir İtaliyada yaşayan türk jurnalist, İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin həmsədri Dündar Keşaplı, ənənəvi olaraq keçirilən “Roma Sette colli”nin ilin ən yaxşı xarici jurnalisti mükafatına layiq görülüb. Onun verdiyi məlumata görə, Romanın məşhur idman, sənət, iş, moda sənət və mədəniyyət xadimlərinin qatıldığı mükafatlandırma mərasimində 27 il İtaliyada yaşayan və fəaliyyətini davam etdirən Dündar Keşaplının yazdığı xəbərlərin həm İtaliyada, həm də Türkiyədə gündəm yaratması yüksək dəyərləndirilib. Mükafatı məşhur film ulduzu Demetra Hampton təqdim edib. Mərasimdə çıxış edən Dündar Keşaplı deyib: “Bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm. Müvafiq istiqamətdə hər zaman yüksək səviyyədə fəaliyyət göstərməyə çalışmışam. İtaliya futbolu ilə bağlı xəbərləri ən operativ və düzgün şəkildə təmsil etdiyim təşkilatlara çatdırıram. Bu mükafatı mənə layiq görən münsif üzvlərinə minnətdaram”. Dündar Keşaplı bu mükafatın İtaliyadakı uğurlu karyerasına böyük töhfə olduğunu, bundan sonra daha böyük həvəs və istəklə çalışacağını bildirib. Tədbirdə İtaliyanın futbol klubu “Roma”nın əfsanəvi komanda kapitanı Cüzeppe Ciannini "Roma Settecolli Qızıltop" mükafatına, “Lazio”nun əfsanəvi kapitanı Pino Uilson “Unudulmaz” mükafatına layiq görülüblər. Mərasimdə film ulduzları Demetra Hampton, Nadia Rinaldi, Maria Loch, müğənni Qazebo, “Roma”nın və “Lazio”nun köhnə məşhur oyunçuları qatılıblar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info