Yeniyetmə güləşçilər komanda yarışlarına çıxacaqlar
Tarix: 07.11.2015 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2002-2004-cü il təvəllüdlü) arasında “Gələcəyin olimpiyaçıları” komanda yarışları
keçiriləcək.

Yarış noyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında başlanacaq. Yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır. Komanda xarakteri daşıyan yarışlar Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, 29, 32, 35, 38, 42, 47, 53, 59, 66 və 73 çəki dərəcələrində keçiriləcək. Yarışda 1 saylı nümayəndəlikdə fəaliyyət göstərən “Xosrov Cəfərov”, “Azəri”, “Müşviqabad”, “Nardaran”, "Həyat", "Xəzri" klubları sərbəst güləş, “Cəngi”, “Pirallahı”, “Hövsan”, “Bakı”, “Həyat”, “Xosrov Cəfərov” və "Olimp" güləş klubları isə yunan-Roma güləşi növündə mübarizə aparacaq. Proqrama əsasən, noyabrın 12-də sərbəst, noyabrın 13-də isə yunan-Roma güləşi yarışları keçiriləcək. Noyabrın 13-dək davam edən yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif ediləcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info