Ölkəmizdə insan alverinə qarşı mübarizə yüksək səviyyədə təşkil edilir
Tarix: 10.11.2015 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


“Azərbaycan insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməkdə israrlıdır”.
Bunu Avropa Şurası və Azərbaycan Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Avropa Şurasının "İnsan Alverinə Qarşı mübarizə haqqında" Konvensiyasının yerinə yetirilməsi ilə bağlı keçirilən Dəyirmi Masada Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayev deyib.
Ş.Əsədullayev bildirib ki, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycan 10 ildən artıqdır ki, insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirir.
Ş.Əsədullayev qeyd edib ki, Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq öhdəliklərinə sadiq qalmasının bariz nümunəsi olaraq insan alverinə qarşı mübarizə fəaliyyətinə dair təqdim olunan təklif və tövsiyələr Azərbaycan Prezidentinin 2014-cü il 24 iyul tarixli sərəncamın təsdiq edilmiş sayca üçüncü insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planında nəzərə alınan, Nazirlər Kabinetinin tapşırığı ilə yerinə yetirilməsi üçün dövlət qurumlarına yönəldilib.
İdarəsinin rəisinin sözlərinə görə, Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının Tərəflər Komitəsi Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İşçi Qrupunun və ixtisaslaşmış polis qurumunun təsis edilməsini, qanunvericiliyin, milli fəaliyyət planlarının, insan alveri qurbanlarının Milli İstiqamətləndirmə Mexanizminin, onların müəyyən olunması üçün indikatorların qəbul olunması və təkmilləşdirilməsi, insan alverinin qarşısının alınması üzrə maarifləndirmə tədbirləri və təlimlərin keçirilməsini yüksək qiymətləndirib.
Dəyirmi masada çıxış edən Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə Missiyasının rəhbəri İta Mirinaşvili hesabatla bağlı qonaqları məlumatlandırıb. O, tədbirin keçirilməsinin məqsədini belə izah edib: "Dəyirmi masaya Avropa Şurası və QHT-lər də dəvət olunub. Bu görüşün keçirilməsində əsas məqsəd odur ki, Avropa Şurası da hökumətə öz dəstəyini vermiş olsun".
Sonra tədbir BMT-nin İnsan alverinə qarşı eksperti Mayk Dotiviçin çıxışı ilə davam etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info