Azərbaycan şirkətinin e-gömrük üzrə həlləri altı ölkədə tətbiq oluna bilər
Tarix: 10.11.2015 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının Rəqəmli Bazarların Harmonizasiyası (HDM) üzrə Strateji Təşəbbüs proqramı Azərbaycanın SİNAM şirkətinin hazırladığı gömrük orqanlarının optimallaşdırılması üçün nəzərdə tutulmuş “Risklərin idarəetmə informasiya sistemi”ni yaxından öyrənir. Bu haqda Avropa İttifaqının HDM üzrə Strateji Təşəbbüsünün Azərbaycan üzrə əlaqələndiricisi Tofiq Babayev bəyan etdi.
Sistemin əsas məqsədi gömrük işində risklərin idarə edilməsi üçün qərarların qəbul edilməsini təmin etməkdən ibarətdir. Sistem risklərin aşkarlanmısını, qaçaqmalçılıq hallarının qarşısının alınmasını, yüklərin fiziki yoxlanılmasının minimallaşdırılmasını, rəsmiləşdirmə xərclərinin azaldılmasını, kadr və texnika potensialının istifadəsini effektiv təşkilini nəzərdə tutur. Sistem Ümumdünya Gömrük Təşkilatının tövsiyə və qaydalarına əsasən hazırlanıb.
Maraqlıdır ki, SİNAM şirkətinin mütəxəssisləri gömrük, o cümlədən SSRİ-nin Gömrük Komitəsi üçün avtomatlaşdırılmış sistemlərin hazırlanması sahəsində geniş təcrübəyə malikdir. Onlar üçün yük bəyannamələrinin avtomatlaşdırılmış sistemi hazırlanmışdır. Bu proqramlar daha sonra Rusiyada, ölkə müstəqillik əldə etdikdən sonra da, tətbiq olunurdu.
T.Babayevin sözlərinə görə, təklif edilmiş həll mütəxəssislər tərəfindən qəbul edildiyi təqdirdə sözügedən sistem gələcəkdə Strateji Təşəbbüs proqramına üzv olan ölkələrdə (Gürcüstan, Moldova, Ermənistan, Belorusiya, Azərbaycan və Ukrayna) tətbiq oluna bilər.
T.Babayev qeyd etdi ki, SİNAM şirkəti tərəfindən təklif edilən model gömrük sistemində yüksək texnologiyaların müasir tətbiq trendlərini nəzərdə tutur. Onun sözlərinə görə, müsbət qərar qəbul edilirsə bu model ayrı-ayrılıqda hər bir qeyd edilmiş ölkədə tətbiq oluna bilər.
O vurğuladı ki, HDM Strateji Təşşəbüsün məqsədi yuxarıda adı çəkilən ölkələrin özəl sektorunun Avropa İttifaqı ilə biznes inteqrasiyasının dəstəklənməsidir. Yüksək texnologiyalar vasitəsilə vahid risk-menecment modelinin tətbiqi məhsullarını Avropa İttifaqı ölkələrinə ixrac edən şirkətlərin fəaliyyətini dəfələrlə sadələşdrməyə imkan verəcək.
T.Babayev onu da əlavə etdi ki, risk-menecment modelinin hazırlanması və onun gömrükdə tətbiqi prosesi 2016-2017-ci illərdə reallaşdırıla bilər. Qəbul edilmiş modelin Azərbaycanın yerli gömrük sistemində də tətbiq edilməsi üçün tövsiyyə olunacaq.
Qeyd etmək lazımdır ki, Rəqəmli Bazarların Harmonizasiyası üzrə Strateji Təşəbbüs proqramı Avropa İttifaqı tərəfindən Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanın dövlət dəstəyilə həyata keçirilir. Azərbaycanın bu proqramdakı iştirakı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən tənzimlənir. Proqramın məqsədi özəl sektorun Avropa İttifaqına daha da sıx inteqrasiyası üçün sistemli dəstək göstərməkdir. Proqram müxtəlif istiqamətləri əhatə edir, o cümlədən elektron ticarət, infrastrukturun inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi, elektron servislərin inkişafı, o cümlədən hökumət servislərinin. Layihələrin bu proqram çərçivəsində təcrübi reallaşdırılmasına 2016-ci ildən başlanılacaq. Hazırda gələcəkdə həyata keçirmək üçün müxtəlif layihələrin nəzərdən keçirilməsi prosesi gedir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info