Salatın Əsgərovanın həyat yolu gənclər arasında təbliğ edilir
Tarix: 10.11.2015 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


“Milli Qəhrəmanlarımızın tanıtımı və təbliği: Salatın Əsgərova” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli Qəhrəmanlarımızın tanıtımı və təbliği: Salatın Əsgərova” layihəsi çərçivəsində növbəti tədbir keçirib.Noyabrın 7-də Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində keçirilən tədbir “Milli Qəhrəmanlarımızın tanıtımı və təbliği: Salatın Əsgərova” layihəsinin yekunlarına həsr olunub. Tədbirdə çıxış edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov layihə çərçivəsində görülən işlərdən danışıb, Salatın Əsgərovanın həyat yolunun gənclər arasında təbliğ edilməsinin zəruri olduğunu vurğulayıb.
Qeyd edək ki, Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M. Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Salatın Əsgərova sonralar jurnalist kimi fəaliyyət göstərib. “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub, heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışıb. 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə istedadlı jurnalist, Salatın Əsgərova amansızcasına qətlə yetirilib. Prezidentin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adı verilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info