Moskvada Avropa və Asiya Media Forumu keçirilir
Tarix: 10.11.2015 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Moskvada Avropa və Asiya Media forumu başlayıb.
Forumun təşkilatçısı “Rossiya Seqodnya” Beynəlxalq Media Qrupudur.
Sayca səkkizinci dəfə keçirilən forumun mövzusu “Qeyri-stabil dünyada dayanıqlı tərəfdaşlıq”dır.
Tədbirdə nüfuzlu media təşkilatlarının baş redaktorları və top-menecerləri, teleradio şirkətlərinin və internet portallarının rəhbərləri, media üzrə ekspertlər və 14 postsovet ölkəsinin məşhur jurnalistləri iştirak edirlər.
Tədbirin gündəliyinə müxtəlif siyasi və iqtisadi proseslər zamanı keçmiş Sovet İttifaqı ölkələrinin kütləvi informasiya vasitələsinin qarşılıqlı fəaliyyəti daxildir. Forum iştirakçıları media və hakimiyyət arasında dialoq, Avropaya inteqrasiya çərçivəsində qarşılıqlı informasiya fəaliyyəti strategiyasının hazırlanmasına diqqət yetiriblər. Həmçinin informasiya müharibəsi və onun nəticələri, informasiya kanalları vasitəsi ilə edilən təhdidlərlə mübarizə yollarının axtarılması barədə müzakirələr olunub.
Forumun açılışında çıxış edən “Russia Today” (RT) telekanalının baş redaktoru Marqarita Simonyan və “Rossiya Seqodnya” informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov dünyada baş verən informasiya müharibəsindən və bu müharibənin mənfi nəticələrindən bəhs ediblər. Onlar informasiya müharibəsinin sağlam məntiqə böyük zərbə vurduğunu qeyd ediblər. Hazırda Qərblə Rusiya arasında gedən informasiya müharibəsinin ən yüksək səviyyəyə çatdığını vurğulayan KİV rəhbərləri Ukrayna böhranı və “İŞİD” təhlükəsi səbəbindən dünya ölkələrinin qütblərə bölündüyünü bildiriblər. Natiqlər hazırda dünyada Rusiyanın müttəfiqlərinin ABŞ-dan daha çox olduğunu qeyd ediblər. Onlar bunu Rusiyanın dünyada gedən proseslərdə tutduğu ədalətli mövqeyi ilə əlaqələndiriblər.
Tədbir panellərdə davam etdiriləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info