QHT gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək olub
Tarix: 10.11.2015 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


“Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Region gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. Birliyin sədri Nizami Əhmədovun verdiyi məlumata görə, layihənin davamı olaraq sözügedən ikinci tədbir Goranboy rayonunun Rəhimli kəndində keçirilib. Tədbiri giriş sözü ilə Birliyin sədri N. Əhmədov açaraq iştirakçılara layihənin məqsədi və donoru haqqında məlumat verib.
Tədbirdə layihənin təlimçiləri Aysel Cəfərova və Zülfiyyə Hüseynova, Goranboy Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənov, İcra hakimiyyəti və təhsil şöbəsi nümayəndələri, məktəb direktoru və müəllimlər iştirak ediblər.
Layihənin təlimçiləri Aysel Cəfərova və Zülfiyyə Hüseynova tədbir iştirakçılarına yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun tərbiyələnməsi, gənclərin sağlam həyat tərzinə alışdırılması, hərbi-vətənpərvərlik ruhunun artırılması və ölkənin layiqli vətəndaşı kimi yetişdirilməsində ictimai dəstəyin formalaşdırılması haqqında ətraflı məlumat veriblər.
Təlimçilər yeniyetmə və gənclərə hərbi-vətənpərvərlik, sağlam həyat tərzi üzrə təlimlər keçiblər. Təlimlərdə xalqımızın milli-mənəvi dəyərləri, keçmiş hərbi – vətənpərvərlik ənənələri, xalqımızın hərb tarixi haqqında biliklər verilib. Bundan başqa, iştirakçılar xalqımızın vətənpərvərlik tarixi, torpaqlarımızın bütövlüyü uğrunda gedən tarixi döyüşlər, Milli Qəhrəmanlar və Şəhidlər haqqında məlumatlandırılıblar.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info