Korrupsiya və rüşvətxorluğa qarşı ağır silah – İctimai Nəzarət
Tarix: 10.11.2015 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Azərbaycan demokratik dəyərlərə söykənən dünyəvi bir dövlət quruculuğu yolu keçir. Bu yolun başlanğıcında qarşılaşdığımız maneələr mərhələli şəkildə aradan qaldırılır və nəticədə sərbəst, hərtərəfli inkişafa geniş imkanlar açılır. Tutduğumuz yol şübhəsiz ki, bundan sonra da hamar olmayacaq. Lakin bu yolun rahat keçilməsini təmin edə biləcək bir neçə amil var ki, onlardan biri də ictimai nəzarətdir.
Ölkə Konstitusiyası, “Əmək Məcəlləsi”, “İctimai iştirakçılıq haqqında” Qanun, “İnformasiya əldə etmək haqqında” Qanun, “Polis haqqında” Qanun və başqa qanunlar cəmiyyətimizdə ictimai nəzarətin ən yüksək səviyyədə olmasının tam hüquqi bazasını formalaşdırır.
Heç şübhəsiz ki, ictimai nəzarət dövlət idarəçiliyinin bütün sahələrini əhatə etməlidir. Lakin biz bu təhlilimizdə ictimai nəzarətin yalnız bir istiqaməti üzərində dayanacağıq. Konkret desək, biznesin inkişafı yolunda əngələ çevrilmiş neqativlərə - rüşvət və korrupsiyaya qarşı mübarizədə dövlətin atdığı addımlar və bu addımların səmərə verməsi üçün ictimai nəzarətin oynadığı roldan bəhs edəcəyik.
Hər kəsə artıq tam aydındır ki, ölkə başçısı ictimai nəzarətin işlək mexanizmə çevrilməsində maraqlıdır və o bunu əksər çıxışlarında vurğulayır. Sual oluna bilər: Nə üçün Prezident korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin rolunun artırılmasına bu qədər önəm verir? Nə üçün o hər kəsi rüşvət və korrupsiyaya qarşı mübarizədə maksimum aktiv olmağa səsləyir? Bu sualların bir cavabı var: Problemin həllində ictimai nəzarətin verə biləcəyi səmərəni o hər kəsdən yaxşı bilir və bunu dəqiq hesablayır. Bu gün ölkə iqtisadiyyatının diversifikasiya edilməsi istiqamətində atılan addımlar ölkə başçısının müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının daha sürətlə reallaşdırılmasına yönəlib. Bu yolla daha sürətlə irəliləmək və daha yaxşı nəticələrin əldə olunması isə qarşıda olan maneələrin aradan qaldırılmasından çox asılıdır. Prezidentin azad sahibkarlığın inkişafına əngəl olan bütün məqamlara qarşı nə qədər barışmaz mövqedə dayandığını onun rüşvət və korrupsiyaya qarşı elan etdiyi müharibədən və bu yolda ictimai nəzarətə verdiyi önəmlə bağlı söylədiyi fikirlərdən tam aydın görmək olar .
Ölkə başçısının ictimai nəzarətə xüsusi əhəmiyyət verdiyini göstərən faktlardan biri və bəlkə də birincisi, onun 22 noyabr 2013-cü il tarixdə imzaladığı, 2014-cü il iyunun 1-dən qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Qanundur. Qanunun 3.0.2. maddəsində söhbət konkret olaraq mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsindən gedir.
Bu il may ayının 27-də Respublika Günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda isə dövlət başçısı idarəetmə sahəsində aparılan müsbət islahatlardan bəhs edərkən ictimai nəzarət məsələlərinə dair mövqeyini kifayət qədər açıq şəkildə ortaya qoydu. Onun bu xüsusda səsləndirdiyi fikirləri xatırlamaq yerinə düşər: “İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır”.
Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş 12 oktyabr tarixli iclasında Prezident ictimai iştirakçılıq mövzusuna növbəti dəfə toxunaraq bu mexanizmi korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə əsas silah kimi xarakterizə etdi: “Vətəndaşlardan da çox şey asılıdır. Mən dəfələrlə çıxışlarımda vətəndaşlara müraciət edərək onları daha da fəal olmağa çağırmışam. İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik. Ona görə, dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır”
Prezidentin bu çağrışları ilə onun ölkədə sahibkarlığın inkişafı yolunda atdığı qətiyyətli addımlar arasında tam bir paralellik müşahidə olunur. Bu gün dövlət tərəfindən ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan addımlar bir daha sübut edir ki, hakimiyyət ölkə iqtisadiyyatının neftdən asılılığını optimallaşdırmaq yolundakı fəaliyyətini daha da intensivləşdirmək əzmindədir. Bu kursun uğurla reallaşdırılmasında isə ictimai nəzarətin rolu əvəzsizdir. Heç kəs heç nədən çəkinməməlidir. Bu vətən, bu dövlət hər birimizindir. Dövlətin başçısı müəyyən etdiyi iqtisadi inkişaf kursunun reallaşmasına maneə ola biləcək bütün neqativlərə qarşı hər kəsi birgə mübarizəyə səsləyir. Sahibkarlar heç nədən çəkinməməlidirlər. Onlar bir məsələni bilməlidirlər ki, inkişafa əngəl olan neqativləri aradan qaldırmaq yolunda ölkə Prezidenti onların yanındadır. Bundan böyük daha hansı dəstək ola bilər ki?

Fikrət Yusifov

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
Iqtisad elmləri doktoru, professor






















 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info