Yolların yenidənqurulması çərçivəsində daha 2 layihə yekunlaşır
Tarix: 10.11.2015 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 120-200-cü ( 80 km ) kilometrlik Hacıqabul-Kürdəmir və 200-287,805-ci ( 87,805 km ) kilometrlik Kürdəmir-Ucar-Yevlax-Tərtər hissələrinin 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihələrinin icrası tam sürətlə həyata keçirilir və yekunlaşmaq üzrədir.
İşlər ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında “Azəryolservis” ASC tərəfindən tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Sözügedən avtomobil yolunun yenidənqurulması layihəsi 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində aparılır.
I texniki dərəcəyə qurulan Hacıqabul-Kürdəmir yolunun uzunluğu 80 kilometr, Kürdəmir-Ucar-Yevlax-Tərtər yolunun uzunluğu isə 87,8 kilometrdir. Hər iki layihə üzrə yolun bir istiqamət üzrə hərəkət hissəsinin eni 13,75 metr olmaqla, ümumi eni 27,5 metrdir. Hərəkət zolaqlarının sayı 4 olmaqla, hər bir zolağın eni 3,75 metr, yol örtüyü polimer asfalt-betondur.
Layihələrə uyğun olaraq yol yatağının qalınlığı hamarlayıcı qat 30 santimetr, əsasın alt layı 25 santimetr, əsas lay 20 santimetr olmaqla ümumilikdə 75 santimetrdir. Asfalt-beton örtüyü isə 3 qat olmaqla qalınlığı 25 santimetrdir ( bitumlu lay 12 sm.,əlaqələndirici lay 8 sm., aşınma layı 5 sm.)
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsinin yenidənqurulması layihəsi çərçivəsində 5 ədəd yol qovşağı və 1 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək yekunlaşdırılıb. Bundan başqa yolda 19 ədəd yeraltı keçid, 25 ədəd düzbucaqlı drenaj qurğusu, 148 ədəd suötürücü dairəvi boru mənfəz və 24 ədəd avtobus dayanacağı tikilib, yol boyu müvafiq yol nişanlarının quraşdırılması aparılıb.
Hacıqabul-Kürdəmir yolunun 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinə uyğun olaraq, yolda torpaq işləri tam olaraq görülərək, yekunlaşdırılıb, 12 santimetr bitumlu lay və 8 santimetr əlaqələndirici lay olmaqla 20 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib. Hazırda yola 5 santimetr qalınlığında sonuncu aşınma qatının döşənməsi və yol boyu ikitərəfli işıqlandırma sistemlərinin qurulması işləri həyata keçirilir.
Ümumilikdə Hacıqabul-Kürdəmir avtomobil yolununda fiziki işlərin həcmi 90 faiz təşkil edir.
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax-Tərtər hissəsinin yenidənqurulması layihəsi çərçivəsində 4 ədəd yol qovşağı və 5 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək yekunlaşdırılıb. Hazırda körpülərdə son tamamlanma işləri görülür.
Bundan başqa yolda 25 ədəd yeraltı keçiddən 11-ü tikilib, 14-ü tikilməkdədir, 39 ədəd düzbucaqlı drenaj qurğusunun tikintisi tam olaraq yekunlaşdırılıb, 124 ədəd suötürücü dairəvi boru mənfəzdən 114-ü tikilib, 10-u hazırda tikilməkdədir və 16 ədəd avtobus dayanacağın tikintisi artıq yekunlaşıb. Layihəyə uyğun olaraq yolda müvafiq yol nişanlarının quraşdırılması işləri də aparılıb.
Hazırda Kürdəmir-Ucar-Yevlax-Tərtər yolunun yenidənqurulması çərçivəsində bəzi hissələrdə torpaq işlərinin görülməsi davam edir. Bu istiqamətdə işlərin 85 faizi artıq yekunlaşıb. Bu işlərə paralel olaraq torpaq işlərinin yekunlaşdığı ərazilərə isə asfalt-beton örtüyünün döşənməsi həyata keçirilir. Artıq işlərin təqribən 70 faizi görülüb. Yolun işıqlandırılması isiqamətində də işlər davam etdirilir.
Ümumilikdə Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi üzrə işlərin 85 faizi görülərək yekunlaşdırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info