“Ermənistan AŞPA komitəsinin qəbul etdiyi qətnaməyə görə təşviş içindədir”
Tarix: 10.11.2015 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının siyasi məsələlər və demokratiya komitəsinin üzvü Robert Uolter tərəfindən hazırlanmış hesabata və komitənin qəbul etdiyi müvafiq qətnaməyə Ermənistanın isterik münasibəti açıq şəkildə rəsmi Yerevanın xüsusi narahatlığından və təşviş içində olmasından xəbər verir. Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan və Rusiya xarici işlər nazirlərinin birgə mətbuat konfransında səslənən fikirləri şərh edərkən deyib.
H.Hacıyev bildirib ki, bu, Ermənistanın münaqişənin həllinə dair beynəlxalq ictimaiyyətin ədalətli və haqlı mövqeyindən nə dərəcədə qorxmasının daha bir göstəricisidir. O deyib: “Noyabrın 9-da Ermənistan və Rusiya xarici işlər nazirlərinin Yerevanda keçirilmiş birgə mətbuat konfransında həmin hesabat müzakirə mövzusu olub. Biz də mətbuat konfransında münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının (TŞ) müvafiq qətnamələrində (822, 853, 874, 884) təsdiq olunduğu kimi, Ermənistan və Azərbaycan arasında olan razılıq əsasında ATƏT-in Minsk qrupunun fəaliyyət göstərməsi barədə fikri bölüşürük. Minsk qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il 23 mart tarixli, 525/95 saylı ATƏT sənədində də həmsədrlərin öz fəaliyyətlərində BMT TŞ-nin müvafiq qətnamələri (822, 853, 874, 884), BMT Nizamnaməsi və ATƏT-in Budapeşt Sammitinin qərarlarını rəhbər tutmaları və BMT TŞ-nin qətnamələrinin icrası haqqında Şuranın prezidentinə və BMT-nin baş katibinə hesabat vermələri təsbit olunub.
Xarici İşlər Nazirliyi dəfələrlə öz narazılığını bildirib ki, Minsk qrupunun həmsədrləri BMT TŞ tərəfindən ona verilən mandatı hələ doğrultmayıb. İyirmi ildən artıq dövr ərzində ATƏT-in Minsk qrupu münaqişənin həll edilməsində hər hansı irəliləyişə nail olmayıb. Obrazlı şəkildə desək, Ermənistan silahlı qüvvələrinin bir əsgəri belə işğal olunmuş Azərbaycan ərazilərini tərk etməyib və bir qaçqın və məcburi köçkün öz doğma yurd-yuvasına qayıtmayıb.
Bunun da əsas səbəbi Minsk qrupunun Ermənistanın Azərbaycan ərazilərinin davam edən işğalına münasibətdə barışdırıcı mövqeyidir. Çox təəssüf ki, Ermənistanın dəstəyi ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin sülh prosesini inhisara almaq və mövcud status-kvonu olduğu kimi saxlamağa cəhd göstərmələri barədə hələ də güclü qənaət var”.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Ermənistanın təcavüzü, ərazilərinin işğalı, zəbt olunmuş torpaqlarında törədilmiş dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması haqqında məlumatlandırmağa dair öz təcrübəsini və fəaliyyətini davam etdirir.
Minsk qrupunun həmsədrləri BMT TŞ-nin qeyd olunan qətnamələrində və həmsədr ölkələrin prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında təsbit olunduğu kimi, sülh danışıqlarında irəliləyişə nail olmaq üçün səylərini artırmalıdırlar.
Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün malik olduğu bütün vasitələrdən istifadə edəcək.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info