Neftin qiyməti 2020-ci ildə 80 dollar səviyyəsinə yüksələcək
Tarix: 10.11.2015 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Beynəlxalq Enerji Agentliyi(IEA) qlobal enerji tələbatında artım gözləyir. IEA tərəfindən təqdim olunan hesabata görə, neftin qiyməti 2020-ci ildə 80 dollar səviyyəsinə yüksələcək. Hesabata əsasən, neftin qiymətinin uzun müddət aşağı olması istehlakçıların lehinə olacaq. Ancaq bu vəziyyət eyni zamanda ucuz neft istehsalçılarından asılılığı artıracaq ki, bu da enerji təhlükəsizliyi baxımından müəyyən problemlər yarada bilər. İnvestisiyaların azalması ilə neft qiymətlərində ani yüksəlişlər ola biləcək, qlobal neft tələbi isə 2020-ci ilə qədər gündəlik 900 min barel artımla 2040-cı ildə gündəlik 103,5 milyon barelə çıxacaq.
Qlobal enerji tələbində 2013-2040-cı illərdə üçdə bir artım gerçəkləşəcək, bu artım inkişaf etməkdə olan ölkələrdən qaynaqlanacaq. 2040-cı ildə Hindistanın neft idxala Avropa Birliyi ölkələrini keçəcək, Çinin idxalı isə ABŞ-ın beş qatına çıxacaq. 2040-cı ildə Hindistan, Çini keçərək ən böyük enerji istehlakçısı olacaq.
Enerji təklifində bərpa olunan enerji 2040-cı ilə qədər önə çıxacaq. Bərpa olunan enerji 2030-cu ilin əvvəllərində kömürü keçərək elektrik enerjisi istehsalında ən böyük mənbə olacaq. 2040-cı ilə qədər bərpa olunan enerji mənbəli elektrik istehsalı AB ölkələrində 50, Çin və Yaponiyada 30, ABŞ və Hindistanda isə 25 faizə yüksələcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info