Axı, Mübariz İbrahimovun sizə nə aidiyyəti var?
Tarix: 10.11.2015 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Bəyəm, Milli Qəhrəmanımız başqa dövlətin vətəndaşı olan din xadiminin əlini öpmüşdü? Bəyəm, Mübariz İbrahimov canından çox sevdiyi və bunu sübut etdiyi Azərbaycan dövlətinin polisinə hücum etmişdi?

Ağakərim İbrahimov: “Ən azından Mübarizin ruhuna hörmətlə yanaşsınlar. Mən, olmayan bir şey haqqında fikir söyləyənlərə “ar” olsun deyib, onları lənətləyirəm”

Son günlər bəzi dairələrin təsiri altında olan radikal esktremist qüvvələrin fəallığı cəmiyyətdə ciddi narazılıq doğurub. Tarixən tolerantlığı ilə öyünən xalqımız heç vaxt radikallığı, ekstremizmi qəbul etməyib. Kənardan hazırlanan ssenarilərin əvvəlcədən hazırlanmış xüsusi adamlar vasitəsilə həyata keçirilməsinə edilən uğursuz cəhdlər cəmiyyətin haqlı narazılığına səbəb olub. Azərbaycan xalqı heç vaxt dini radikalizmi qəbul etməyib və etməyəcək. Hamımız dini radikalizm və ektremizmin Yaxın Şərq ölkələrini hansı günə saldığının canlı şahidləriyik. Xalqların dini inanclarından sui-istifadə edən qüvvələr əslində həmin ölkələrin dövlətçiliyini məhv edərək öz maraqlarını reallaşdırır. Bu qüvvələrin həqiqi islam dini ilə heç bir bağlılığı yoxdur. Radikal ektremistlərin təsiri altına düşən bəzi insanların bu reallığı görməsi, həqiqəti görməsi çox vacibdir. Bu çirkin ssenariləri hazırlayanların əsas məqsədi din, islam deyil, inanclardan istifadə edərək öz maraqlarını həyata keçirməkdir. Bu qüvvələr məqsədlərinə çatmaq üçün istənilən yola əl atırlar. Sabunçuda baş verən məlum olaydan sonra radikal ekstremist qüvvələr tərəfindən bəzi media orqanları və sosial şəbəkələr vasitəsilə yalan informasiyalar yayılır. Həmin informasiyaların təhlili göstərir ki, xüsusi şəkildə hazırlanmış bu xəbərlərin əsas məqsədi insanların həssas olduğu sahələrə toxunmaqla narazılıq yaratmaq və bununla da əsl məqsədlərini gizlətməkdir. Həmin qüvvələrin Milli Qəhrəman Mübariz İbrahimovun adından istifadə etməsi həmin şəbəkənin nə qədər çirkin niyyətli olmasından xəbər verir. Mübariz İbrahimov Azərbaycan dövləti, torpağı uğrunda, ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıq göstərərək şəhid olub. Onun düşmənlə qeyri-bərabər döyüşdə göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşına əbədi həkk olunub. Onun adının radikallar tərəfindən xüsusi məqsədlə hallanması elə ilk növbədə Milli Qəhrəmanımızın ruhuna hörmətsizlikdir. Mübariz sizin kimi radikal ekstremist deyildi, ibadətini də, dini inancını da sizlər kimi nümayişkaranə şəkildə etmirdi, dindən hansısa məqsəd üçün istifadə etmirdi. Din onun mənəvi dünyasını zənginləşdirir, Vətən, Dövlət sevgisini daha da artırırdı. Axı, Mübariz İbrahimovun sizə nə aidiyyəti var? Bəyəm, Milli Qəhrəmanımız başqa dövlətin vətəndaşı olan din xadiminin əlini öpmüşdü? Bəyəm, Mübariz İbrahimov canından çox sevdiyi və bunu sübut etdiyi Azərbaycan dövlətinin polisinə hücum etmişdi? O, Vətəninə, dövlətinə, xalqına sonsuz dərəcədə bağlı olan, Vətən, torpaq sevgisini qəlbində yaşadan, əməlində göstərən Qəhrəman idi. Mübariz İbrahimov başqa dövlətlərin, məkrli qüvvələrin dövlətimizin əleyhinə tərtib etdiyi planın tərkib hissəsi deyildi, ola da bilməzdi. Çünki onun inancı buna imkan vermirdi. Mübariz İbrahimov sadiq olduğu dövləti, torpağı üçün düşmənlə vuruşdu və qəhrəmanlıqla şəhid oldu. Siz isə onun uğruna canını verdiyi Vətənə, dövlətə, xalqa xəyanət edib, ölkəmizin əleyhinə olan qüvvələrlə işbirliyindəsiniz. Ona görə də sizlərin Milli Qəhrəmanımızın adından istifadə etməyiniz yolverilməzdir. Dövlətimizin, xalqımızın əleyhinə həyata keçirilən planların tərkib hissəsi olan siz radikal ekstremist qüvvələr öz çirkin əməllərinizi Milli Qəhrəmanımızın adı ilə pərdələməyin. Radikalların Milli Qəhrəmanımızın adından istifadə etməsi onun ailəsini də narahat edib. Elə onun atası Ağakərim İbrahimov buna kəskin etiraz edib: “Son günlər bəzi radikal dindarlar oğlum Mübariz İbrahimovun şəhidliyinin ildönümündən sui-istifadə edərək, onun qəbrini ziyarət etmək bəhanəsi ilə qanunsuz hərəkətlər törətməyə cəhdlər edirlər. Onun əziz xatirəsini böyük qürurla qeyd etdiyimiz bir günü öz çirkin niyyətləri üçün istifadə etmək istəyirlər. Bu da bir ata kimi həm məni, həm də ailə üzvlərimi ciddi narahat edir və qəlbən incidir. Özümün və ailəmin adından belə şəxslərə bir daha müraciət edirəm, onları şəhid ruhunu və şəhid valideynlərini incidən təxribatçı əməllərdən çəkinməyə çağırıram”. Ağakərim kişinin ifadələri həmin radikalların çirkin niyyətinin nə qədər böyük narazılıq, nifrət yaratdığın sübut edir. Azərbaycan xalqı, dövləti öz qəhrəman övladının qədrini yaxşı bilir və onun xatirəsini həmişə uca tutur. Milli Qəhrəmanın atası da bəzi xəbərlərdə rayon camaatının adının hallanmasının, onların adından yalan məlumatlar yayılmasının insani keyfiyyətlərlə bir araya sığmadığını bildirib: “Bizim ailəmizin rayon rəhbərliyindən heç bir şikayəti yoxdur. Cənab Prezidentin göstərişi ilə bizə lazımi köməklər olunur. Mən bir şəhid atası olaraq dövlətimizin bizə olan diqqətini heç zaman dana bilmərəm”. Ağakərim İbrahimov bu məzmunda yazılar dərc edən mətbu orqanlardan onun və ailəsi adından yalan məlumatlar yayılmasına son qoyulmasını tələb edib: "Ən azından Mübarizin ruhuna hörmətlə yanaşsınlar. Mən, olmayan bir şey haqqında fikir söyləyənlərə “ar” olsun deyib, onları lənətləyirəm".
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info