Konstitusiyanın 20 illik yubileyi qeyd olunub
Tarix: 10.11.2015 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Konstitusiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan Respublikasının Konstitusiyası” movzusunda elmi konfrans keçirilib. Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının reallaşdırdığı konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyası demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat verən ali hüquqi sənəddir. Hər bir Azərbaycan vətəndaşı əsas dövlət atributlarından biri olan Konstitusiyanın müdəa və prinsiplərinə əməl etməyə borcludur.Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri. Ali Məclisin deputatı, universitetin Hüquq kafedrasının dosenti Elman Cəfərli “Naxçıvan Muxtar Respublikasının konstitusiya təcrübəsi tarixi” mövzusunda məruzə edərək 1926-cı ildə qəbul edilən ilk, 1937 və 1978-ci ildə qəbul edilən sonrakı kon¬stitusiyaları müqayisəli şəkildə təhlil edib. Qeyd olunub ki, milli müstəqillik əldə edildikdən sonra 1998-ci il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Azərbaycan Konstitusiyası əsasında hazırlanmış yeni Konstitusiyası muxtar respublikanın Ali Məclisində qəbul edilib və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunub. Azərbaycan Respublikası Konstitusiyası ilə üzvi surətdə bağlı olan bu Konstitusiya Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini, qanunun aliliyini qorumaqla Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü, idarəetmə mexanizmini, əhalinin hüquqi statuslarını müəyyənləşdirir. Naxçıvanın muxtariyyat statusunun da əks olunduğu, 6 fəsildən və 50 maddədən ibarət Konstitusiya muxtar respublikanın əvvəlki konstitusiyalarından demokratikliyi və lakonikliyi ilə fərqlənir. Bu, 1997-ci ildə Venesiya Komissiyasının Naxçıvan Muxtar Respublikasının Konstitusiya layihəsinə verdiyi rəydə də öz əksini tapıb.Universitetin Sosial idarəetmə və hüquq fakültəsinin tyutoru, YAP fakültə sədri Beyrək Cəfərov “Konstitusiyanın beynəlxalq əhəmiyyəti” mövzulu məruzəsində vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyası 1994-cü ildə müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq refendumu yolu ilə qəbul edilmişdir. Ən son nailiyyətlərə, dünyəvi təcrübəyə əsasən hazırlanan bu Konstitusiya müasir dünya konstitusiyaları içərisində quruluşca ən mükəmməl və məzmunca ən demokratiki olmaqla Azərbaycanın dövlət müstəqilliyinin, ölkədəki insan hüquq və azdlıqlarının qarantıdır.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info