Səfirimiz ölkəmizdə təhsil almış vyetnamlı məzunlarla görüşüb
Tarix: 10.11.2015 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Ho Çi Minh şəhərində yaşayan Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə görüşüb.
Səfirlikdən verilən məlumata görə, görüş zamanı səfir Azərbaycan tərəfinin vyetnamlı məzunlarla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib və onları iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində fəal iştirak etməyə çağırıb. Səfir oktyabrın 10-da Hanoy şəhərində təsis edilən və üzvlərinin böyük əksəriyyəti məzunlardan ibarət olan Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə inandığını bildirib.
Məzunlar Azərbaycanı özləri üçün ikinci vətən hesab etdiklərini deyiblər, ölkəmizlə bağlı xoş xatirələrini bölüşüblər.
Görüşdə həmçinin məzunların ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində rolunun genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, bir sıra təklif və təşəbbüslər irəli sürülüb.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info