Mingəçevirdə avarçəkmə üzrə beynəlxalq yarışın qalibləri məlum olub
Tarix: 10.11.2015 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Mingəçevir şəhərində keçirilən akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə beynəlxalq reqata başa çatıb.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən ənənəvi reqatada müxtəlif yaş qrupları üzrə Azərbaycan, Gürcüstan və Ukraynanın 100-dən artıq idmançısı mübarizə aparıb. Əksər yürüşlərdə Azərbaycan idmançıları üstün olublar. Ən ciddi rəqabət böyüklərin yarışında olub. Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə qalib adını 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi 19 yaşlı Boris Yotov qazanıb. O, finişə 7 dəqiqə 21,06 saniyəyə çatıb. B.Yotov Olimpiadada onunla birgə 2 nəfərlik qoşa avarlı qayıqda mübarizə aparacaq yeniyetmələr və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionu olmuş Aleksandr Aleksandrovu 0,53 saniyə üstələyib. Üçüncü yeri isə finişə 7 dəqiqə 35,06 saniyəyə çatan Cavid Əfəndiyev tutub. Daha bir gözlənilməz nəticə kayakçıların 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşündə qeydə alınıb. Tamerlan Mustafayev 23 yaşadək kayakçılar arasında 2014-cü il Avropa çempionatının bürünc mükafatçısı Mirnazim Cavadovu üstələməyi bacarıb.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
15.01.2019
“Barselona” ötən il futbolçulara 562 milyon avro pul ödəyib
15.01.2019
Unai Emeri Məsut Özildən imtina edib
15.01.2019
Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır
14.01.2019
Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info