Güləşçilərimiz Moskvada keçirilən turnirdə ikinci yeri tutub
Tarix: 10.11.2015 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri başa çatıb. Turnirdə güləşin hər üç növü üzrə Azərbaycan yığma komandaları mübarizə aparıb. Yarışların üçüncü günündə sərbəst və yunan-Roma güləşi üzrə final görüşləri keçirilib.
Hər iki yığma komandamız qrup görüşlərini qələbə ilə başa vurub və finala yüksəlib. Finalda həm sərbəst, həm də yunan-Roma yığmamız Rusiya komandası ilə qarşılaşıb. Yunan-Roma güləşçilərinin qarşılaşmasında 6:2 hesabı ilə qalib gələn Rusiya komandası turniri ilk sırada tamamlayıb. Azərbaycan yığması isə Avropa Millətlər Kuboku turnirini gümüş medalla başa vurub. Sərbəst güləşçilərin qarşılaşmasında hesab 5:3 Rusiya yığmasının xeyrinə başa çatıb. Yeddi güləşçi ilə mübarizə aparan sərbəst güləş üzrə yığmamız da Avropa Millətlər Kuboku turnirinin gümüş medallarına sahib olub. Qeyd edək ki, Vladiqavqazda Əməkdar idman ustası Yuriy Qusovun xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında memorialda iştirak edəcəklər. Noyabrın 12-dən 14-dək keçiriləcək beynəlxalq turnirdə millimizin heyətində Əliabbas Rzazadə (50 kq), Qadisa Qeriya (60 kq), Orxan Abbasov, Kamil Hüseynov (hər ikisi 66 kq), İsmayıl Abdullayev (74 kq), Murad Xalıqov, Axra Cergeniya (hər ikisi 84 kq) və Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) mübarizə aparacaq. Memorialda 1995-1997-ci il təvəllüdlü güləşçilər qüvvələrini sınayacaqlar. Görüşlərin idarə edilməsində ölkəmizi Murad Əliyev təmsil edəcək.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info