Gəncənin yeraltı fayton yolları bərpa olunacaq
Tarix: 14.02.2013 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Gəncədə yeraltı fayton yollarının bərpa edilərək muzey kimi istifadə olunması planlaşdırılır.
“Trend”in verdiyi xəbərə görə, bu istiqamətdə aparılan tədqiqat işləri nəticəsində artıq şəhərdəki bütün yeraltı yolların xəritəsi hazırlanıb. Bu tunellərdə tarixi muzeyin yaradılması üçün Gəncə Regional Elmi Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsi tərəfindən lazımi inventar və əşyalar artıq toplanıb. Gəncədə Aran memarlıq üslubunun özəlliyi yeraltı yolların mövcud olmasındadır. Bu tunellər şəhərin üç istiqamətinə apararaq, Yeni Gəncə yaşayış massivini İmamzadə kompleksi ilə birləşdirir. Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə bildirib ki, bu yollarda muzeyin yaradılması üçün hər bir şərait mövcuddur: "Hazırda Gəncə Regional Elmi Mərkəzi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yeraltı yollarda tədqiqat işləri aparılır. Əlbəttə, bu işlər Mədəniyyət Nazirliyi və AMEA-nın göstərişi ilə həyata keçirilir. Bu tunellərə lazım olan eksponat və əşyalar toplanılıb. Sadəcə şəhərin hansı hissəsində muzeyin yaradılması məsələsi qalır".
Qeyd edək ki, Qədim yeraltı keçidlərin tarixi VIII əsrə gedib çıxır. Gəncənin strateji mövqeyi elə olub ki, şəhərə daim hücumlar, yürüşlər baş verib. Mülki əhalini qorumaq üçün belə yollar çox əhəmiyyətli olub. Bu yeraltı keçidlərdən hətta faytonların keçməsi də nəzərdə tutulub. Buna görə də həmin yerlər daha çox fayton yolları adlanır. Muzey kimi istifadə olunmasına imkan verən belə yollardan biri Heydər Əliyev prospektində aşkarlanıb.
CAVIDAN




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info