Zaqatalada yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzi qapılarını ictimaiyyətin üzünə açıb
Tarix: 10.11.2015 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin xeyir-duası ilə bir neçə gün öncə istifadəyə verilən Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzi dünən qapılarını ilk dəfə rayon ictimaiyyətinin üzünə açıb.
9 noyabr - Dövlət Bayrağı, 12 noyabr - Konstitusiya və 17 noyabr - Milli Dirçəliş günləri münasibətilə Mərkəzdə keçirilən ilk rəsmi tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına gələrək, dahi rəhbərin burada ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər. Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən Mərkəzin ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, tədqiqi və təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Tədbirdə, həmçinin “Heydər Əliyev Azərbaycan Konstitusiyasının yaradıcısıdır” və “Milli qürur günümüz” mövzularında məruzələr dinlənilib. Sonra Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan gənclərə üzvlük vəsiqələri verilib, həmçinin təhsil və idman sahəsində fərqlənənlərə mükafatlar təqdim olunub. Tədbirin sonunda “Tariximizin əbədi şahidi” mövzusunda sənədli film nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info