İnsan alverinə qarşı mübarizənin səviyyəsi AŞ ekspertləri tərəfindən yüksək qiymətləndirilib
Tarix: 10.11.2015 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) və Avropa Şurasının təşkilatçılığı ilə Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının ölkəmizdə icra vəziyyətinə həsr olunan “dəyirmi masa” keçirilib. Dəyirmi masa”da insan alverinə qarşı mübarizə üzrə səlahiyyətli 21 dövlət qurumundan 36 və vətəndaş cəmiyyətindən dörd nümayəndə iştirak edib.

Şərif Əsədullayev: “Azərbaycan insan alverinə qarşı mübarizəni yüksək səviyyədə təşkil etməkdə israrlıdır”
Tədbirdə çıxış edən DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin (İAQMİ) rəisi Şərif Əsədullayev bildirib ki, Azərbaycan insan alverinə qarşı mübarizəni yüksək səviyyədə təşkil etməkdə israrlıdır: “İnsan alveri müasir dövrün aktual problemlərindəndir. Demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycanda on ildən artıqdır ki, insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirilir. Ölkəmizin insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməkdə israrlı mövqeyinin əyani təsdiqi olaraq Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyası Azərbaycan Respublikası tərəfindən 2010-cu ildə ratifikasiya edilib və oktyabrın 1-də hüquqi qüvvəyə minib”. Qeyd edilib ki, Konvensiyanın icrası üzrə monitorinq qurumu olan Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə üzrə Ekspertlər Qrupu (GRETA) onun Azərbaycan tərəfindən yerinə yetirilməsinin 2012-2014-cü illərdə ilkin qiymələndirməsini aparıb. 2013-cü ildə nümayəndə heyəti bu məqsədlə ölkəmizə səfər edib və nəticədə Azərbaycan hökumətinin təqdim etdiyi şərhləri nəzərə alınmaqla ötən il iyulun 7-də Konvensiyanın Tərəflər Komitəsinin və GRETA-nın ölkəmiz üçün hazırladığı təklif və tövsiyələri qəbul olunub. Baş İdarənin rəisi vurğulayıb ki, ölkəmizin insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq öhdəliklərinə sadiq qalmasının bariz nümunəsi olaraq insan alverinə qarşı mübarizə fəaliyyətinə dair təqdim edilən təklif və tövsiyələri Prezident İlham Əliyevin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş insan alverinə qarşı mübarizəyə dair üçüncü Milli Fəaliyyət Planında nəzərə alınıb, Nazirlər Kabinetinin tapşırığı ilə yerinə yetirilməsi üçün müvafiq dövlət qurumlarına yönəldilib. Bildirilib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndiricinin, İşçi Qrupun və ixtisaslaşmış polis qurumunun təsis edilməsi, qanunvericiliyin, milli fəaliyyət planlarının, insan alveri qurbanlarının milli istiqamətləndirmə mexanizminin, onların müəyyənləşdirilməsi üçün indikatorların qəbulu və təkmilləşdirilməsi, həmçinin insan alverinin qarşısının alınması üzrə maarifləndirmə tədbirlərinin və təlimlərin keçirilməsi Konvensiyanın Tərəflər Komitəsi və GRETA tərəfindən yüksək qiymətləndirib.
Tədbirdə Konvensiyanın Azərbaycan tərəfindən icrası üzrə Avropa Şurasının Tərəflər Komitəsinin və GRETA-nın 2014-cü ildə hökumətə təqdim etdiyi təklif və tövsiyələrinin yerinə yetirilməsi ətraflı müzakirə olunub.
“Dəyirmi masa”da çıxış edən Avropa Şurasının insan alverinə qarşı mübarizə bölməsinin rəhbəri İta Mirinaşvili deyib ki, Avropa Şurası insan alverinə qarşı mübarizədə Azərbaycan hökumətini fəal dəstəkləyir. GRETA-nın hesabatındakı təkliflərin həyata keçirilməsi Konvensiyanın icra vəziyyətini daha da yaxşılaşdıracaq.
Avropa Şurasının məsləhətçisi Maykl Dotridc Azərbaycan üzrə birinci qiymətləndirmə hesabatında qeyd olunan GRETA-nın əsas tövsiyələri haqqında təqdimatla çıxış edib. Ekspert insan alverinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin və fəaliyyətin gücləndirilməsi, insan alveri qurbanlarının müdafiəsi, insan alveri ilə məşğul olan şəxslərin cinayət təqibi, bu mübarizədə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq məsələlərindən danışıb.

10 ay ərzində insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə müdiri, Azərbaycan ilə GRETA arasında əlaqələndirici şəxs İlkin Qurbanovun GRETA və Tərəflər Komitəsi tərəfindən verilən tövsiyələrin icrası istiqamətində Azərbaycanda həyata keçirilən və icrası nəzərdə tutulan işlər barədə təqdimatı dinlənilib. İ.Qurbanov Konvensiyanın ölkəmizdə icrasını gücləndirmək məqsədilə konkret tədbirlərin müəyyənləşdirilməsi məsələlərindən söhbət açıb.
İ.Qurbanov qeyd edib ki, 2015-ci ilin 10 ayı ərzində insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb. İ.Qurbanovun sözlərinə görə, 7 məcburi əməyə cəlbetmə faktı da aşkarlanıb: “İnsan alveri məqsədilə sənədlərin qanunsuz hazırlanması ilə bağlı 11 fakt qeydə alınıb”. İ.Qurbanov qeyd edib ki, bu cinayətlərlə bağlı 26 nəfər məsuliyətə cəlb edilib. Şöbə müdiri həmçinin əlavə edib ki, 58 nəfər insan alverinin qurbanı müəyyən olunub.
Nigar





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info