Ermənistanda növbəti bahalaşma gözlənilir
Tarix: 10.11.2015 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Son dövrlərdə bahalaşma Ermənistanda adi hal almaqdadır. Qiymətlərin dövlət tərəfindən tənzimlənməməsini iddia edən əhali arasında narazılıqlar da artmaqdadır. Son məlumatlara görə, gələn ilin əvvəlindən başlayaraq Ermənistanda maye qaza tətbiq olunan aksiz vergisi artacaq. Buna səbəb kimi Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin faiz dərəcələri ilə vergi dərəcələri arasında uyğunlaşdırma göstərilir.
Qeyd edilməlidir ki, bu ilin oktyabrın sonlarında Ermənistan parlamenti tərəfindən qəbul edilmiş "Aksiz vergisi haqqında" qanunda dəyişikliklər və əlavələr təsərrüfat subyektləri və istehlakçılar üçün yeni vergi yükü olacaq. Belə ki, dəyişikliklərdə benzinin qiymətinə 6-8 dram, siqaret və içki məmulatları üçün isə 10 faiz aksiz vergisi artımı təklif edilib. Əgər, siqaret və içki yaşayış üçün zəruri mallar kimi qəbul edilməsə də, belə görünür ki, mavi yanacaq və benzinin qiymətindəki artım qaçılmaz olacaq. Ölkədə fəaliyyət göstərən “İstehlakçıların məlumat və mühafizəsi” ictimai birliyinin sədri Babaken Pipoyanın sözləninə görə, yeni qanun dəyişiklikləri barədə hələ ki, konkret fikir söyləmək çətin olsa da, dəyişikliklərin qiymətlərin artmasına gətirib çıxaracağına əmindir. Birlik sədrindən fərqli olaraq dövlət rəsmiləri isə ölkədə heç bir qiymət artımı olmayacağını, vergi artımını istehlakçıların deyil, sahibkarlıq subyektlərinin ödəyəcəklərini iddia edirlər. Pipoyan isə əminliklə bildirir ki, hətta qaz və ya benzin qiymətləri dəyişikliklərə məruz qalmasa belə, yaşayış tərzi daha da pisləşəcək. O, bunu ölkədəki sürücülər arasında baş qaldıran narazılıqlarla əlaqələndirir. Pipoyan bildirir ki, Ermənistandakı bütün sürücülər qazdoldurma stansiyalarındakı yüksək qiymətdən, verilən qazın keyfiyyətindən narazıdır. Onlar aksiz vergisi artımından sonra qaz və benzinin qiymətinin dəyişməz qalacağına əmin deyillər. Bu yanacağın həcminə, ümumiyyətlə, bu sahə üzrə bütün xidmət sahələrinə təsir göstərəcək. Bu isə birbaşa olmasa da, dolayısı yolla istehsalçılardan da yan keçməyəcək. Xatırladaq ki, "Aykakan jamanak" nəşri Ermənistan Milli Statistika Xidmətinin məlumata əsaslanaraq, bu ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə istehlak qiymətlərinin 4,4 faiz artdığını bildirir. Bu məlumatlara görə, Ermənistanda 10 ay üçün müəyyən ərzaq qiymətləri 4,3% artıb. Maraqlı cəhət budur ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəsmi məlumatına görə, bu müddət ərzində dünyada qida məhsullarının qiymətində 25-30% enmə müşahidə edilib. Bazar iqtisadiyyatının əsas qaydalarına əsasən, Ermənistana nüfuz edən ucuzlaşmış malların qiymətində də heç bir fərq müşahidə edilməyib. Bu isə bir daha Ermənistanda bazar iqtisadiyyatının əsas qaydalarının fəaliyyət göstərmədiyinə bariz sübutdur.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Çavuşoğlu: “Türkiyə və Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək”
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir
17.06.2019
Latviyanın bütün ali məktəblərində tədris latış dilində olacaq
16.06.2019
Əkrəm İmamoğlu və Binali Yıldırım canlı debatda

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info