“Azərbaycandakı sabitlik və tolerantlıq Avropa ölkələri üçün nümunədir”
Tarix: 11.11.2015 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev dünən Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşezin etimadnaməsini qəbul edib.
Azərbaycan ilə Fransa arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin bir çox sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Fransa Prezidenti Fransua Ollandın bir il ərzində iki dəfə Azərbaycana, özünün isə Fransaya səfərlərinə toxunan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Siyasi əlaqələrmizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev parlamentlər səviyyəsində də yaxşı əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Ölkələrimizin arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və getdikcə daha da möhkəmlənəcəyini bildirən dövlət başçısı bunu qarşılıqlı anlaşmanın və dəstəyin çox yüksək səviyyəsi kimi dəyərləndirib. Xanım Orelia Buşez bildirib ki, o, Fransanın Azərbaycanda səfiri olmasından məmnundur və şərəf hissi keçirir. Azərbaycanın gözəl ölkə, Bakının isə ecazkar şəhər olduğunu vurğulayan fransalı diplomat paytaxtımızda qədim və müasir arxitekturanın uğurlu sintezinə valeh olduğunu deyib. Ölkəmizdə iqtisadi sahədə əldə olunan nailiyyətlərin də onda dərin təəssürat yaratdığını deyən səfir Azərbaycandakı sabitliyi və dini tolerantlığı yüksək qiymətləndirərək bunun Avropa ölkələri üçün də nümunə ola biləcəyini vurğulayıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həll olunması, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, investisiya qoyuluşu, yüksək texnologiyalar, kosmik sənaye, infrastruktur, nəqliyyat, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun da etimadnaməsini qəbul edib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info