“Profilaktik tədbirlər və müalicə üçün Azərbaycanda bütün şərait var”
Tarix: 11.11.2015 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Onkologiya Mərkəzi ən müasir avadanlıq və dərman preparatları ilə təmin olunub. Bunu Bakıda səfərdə olan Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru Tuncer Gülensoy AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.
Bildirib ki, son illərdə Azərbaycanda həkimlərin gənc nəsli arasında onkologiya sahəsinin öyrənilməsinə, bu sahədə təcrübə qazanılmasına və öz biliklərinin təkmilləşdirilməsinə maraq artıb. Bu, bizi sevindirməyə bilməz. Professor müsahibəsində xəstələrə məsləhət görüb ki, onlar xəstəliyin başlanğıc mərhələsində həkimə müraciət etsinlər. Bu, xərçəng xəstəliyinin bəzi formalarının sağalması ehtimalını xeyli artırır.
T.Gülensoy deyib: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında süd vəzisinin xərçəngi, kişilər arasında isə ağciyər, traxeya və bronxların xərçəngi xəstəliklərinə çox rast gəlinir. Bu xəstəliyin qarşısının alınması üçün profilaktik tədbirlər keçirilməsini zəruri hesab edirəm. Profilaktik tədbirlər və müalicə üçün Azərbaycanda bütün şərait vardır”.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info