Dövlət sərhədini pozan 35 nəfər saxlanılıb
Tarix: 11.11.2015 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin oktyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 34 halda 35 nəfər saxlanılıb.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, onların 27 nəfəri Azərbaycan, 3 nəfəri Nige¬riya, 2 nəfəri İran İslam Respublikası, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, Kamerun və Kot-Divuar vətəndaşıdır. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 2 halda 2 nəfər, Xəzər dənizində 14 halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 328 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 6 kiloqram 476 qram narkotikin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 44 halda ümumi dəyəri təqribən 245 min manat olan qaçaqmal, o cümlədən 1662 Azərbaycan manatı, 1380 ABŞ dolları, 900 ədəd pirotexniki maddə, 1 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, 1 ədəd motosiklet, 7 ədəd qayıq, 2146 qutu siqaret, 269 ədəd mobil telefon, 30 baş iri buynuzlu mal, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info