“ABŞ-ın əsas məqsədi qlobal və regional stabillik sistemini sarsıtmaqdır”
Tarix: 11.11.2015 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


“Rusiya ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinin yerləşmə məkanının genişləndirilməsi ilə bağlı cavab tədbirləri görəcək”. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin ölkənin hərbi-sənaye kompleksinin vəziyyəti ilə bağlı keçirdiyi iclasda bildirib.
“Rusiya strateji nüvə qüvvələrinin potensialının möhkəmləndirilməsi üzrə lazımi cavab tədbirləri görəcək. Raket əleyhinə müdafiə sistemləri üzərində də çalışacağıq. Birinci mərhələdə, dəfələrlə qeyd etdiyimiz kimi, istənilən raket əleyhinə müdafiə sistemlərini dəf etmək qabiliyyətinə malik zərbə sistemləri üzərində də çalışacağıq”, deyə Rusiya prezidenti vurğulayıb.
O həmçinin qeyd edib ki, ABŞ-ın Raketdən Müdafiə Sisteminin (RMS) genişləndirilməsi başda Rusiya olmaqla digər nüvə dövlətlərinin strateji nüvə potensialının neytrallaşdırılmasına hesablanıb.
“Biz, bu cür hərəkətləri raket-nüvə silahları sahəsindəki mövcud pariteti pozmaq cəhdi kimi dəyərləndirdiyimizi dəfələrlə qeyd etmişik. Əslində, əsas məqsəd qlobal və regional stabillik sistemini bütövlükdə sarsıtmaqdır”, deyə Rusiya prezidenti vurğulayıb.
“İran və Şimali Koreyanın nüvə təhlükəsi ilə bağlı iddialar əsil planları ört-basdır etmək üçün bəhanədir. Onların əsil məqsədi ABŞ və onun müttəfiqləri istisna olmaqla, başda Rusiya olmaqla, digər nüvə dövlətlərinin strateji nüvə potensialının neytrallaşdırmaqdır”, deyə Putin qeyd edib.Onun sözlərinə görə, Rusiya istənilən raket əleyhinə müdafiə sistemlərini dəf etmək qabiliyyətinə malik zərbə sistemlərini inkişaf etdirəcək
Qeyd edək ki, ABŞ bundan əvvəl çoxpilləli raket əleyhinə müdafiə sisteminin uğurla sınaqdan keçirildiyini bildirib.


Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Paşinyan hökuməti kadr qıtlığı ilə üzləşib
17.01.2019
Rusiya kəşfiyyatı ABŞ ordusunu nəzarətə götürür
17.01.2019
İki erməni əsgəri minaya düşdü
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info