Almaniyanın nüfuzlu saytı Azərbaycandakı seçkilərdən yazır
Tarix: 11.11.2015 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Almaniyanın nüfuzlu “Teltower Stadt-Blatt” xəbər portalında Azərbaycanın bu ölkədəki səfirliyinin noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərə dair yaydığı mətbuat məlumatı dərc edilib.
Məlumatda Milli Məclisə seçkilərin bu dəfə də dinc, şəffaf və Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyi və çoxsaylı müstəqil müşahidəçilər tərəfindən demokratik və peşəkar olaraq qiymətləndirildiyi diqqətə çatdırılır. Vurğulanır ki, namizədlərin qeydə alınması və seçki kampaniyasının azad keçirilməsi üçün bütün zəruri şərait yaradılıb. Səsvermənin şəffaf keçirilməsi üçün 1000 məntəqədə müşahidə kameralarının quraşdırılması, seçkilərin yerli və beynəlxalq müşahidəçilər, o cümlədən əcnəbi KİV-lərin nümayəndələri tərəfindən izlənilməsi barədə faktlar məlumatda yer alıb.
AŞPA-nın müşahidə missiyasının seçkilərə verdiyi qiymət də məlumatda öz əksini tapıb. AŞPA nümayəndə heyətinin Azərbaycanda seçici fəallığının əsaslı artmasını, səsvermə və səslərin sayılmasının şəffaf prosedurlarını Azərbaycanın azad, ədalətli və demokratik seçkilərə doğru növbəti addımı kimi dəyərləndirməsi, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirməsi barədə fikirləri oxucuların diqqətinə çatdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info