“Sivil və səviyyəli” cəhalət körükçüləri
Tarix: 11.11.2015 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Fürsətbazlar yenə iş başındadılar. Ölkədə dindar kəsimin içərisindən xarici qüvvələrin məkrli planlarına alət olmuş bir dəstənin dağıdıcılıq cəhdləri bəzi siyasi uğursuzlar üçün göydəndüşmə olub. İranmeylli radikal dinçilərin fəallaşması və cəmiyyətimizi xaosa sürükləmək istəyi “siyasi müxalifət”in fitçalanlarından dəstək almaqdadır. Stajlı iqtidarçı və stajçı müxalifətçi Gültəkin Hacıbəyli ölkəmizi fəlakət girdabına sürükləməyə çalışan cəhalət daşıyıcılarının hakimiyyətə və daha çox dövlətə qarşı çağırışlarına bərk aludə olub. O qədər ki, irtica, qan, cəhalət, qarşıdurma, parçalanma çağırışları edən “dinçi” avantüristləri öyməkdən belə çəkinməyib.
Azərbaycan Respublikasının konstitusion dövlət quruluşunu dəyişməyə, zorakılığa, itaətsizliyə çağırışları göz qabağında olan Hacı Tale Bağırzadə haqqında “Azərbaycanın ən sivil və səviyyəli dini kəsiminə - Hacı Talehin ətrafında olan inanclı insanlara qarşı sərt repressiyalara başlanılıb” yazan birinin demokratiya, qanunçuluq, milli maraqlar anlayışına necə “bərəkallah” deməyəsən?!
Axı uşağa da aydındı ki, Gültəkin xanım bu cəhalət şeypurçularının cəmiyyətində bir saat belə yaşamaz! Elə isə nədi bu eks-deputat xanımın dərdi? Əlbəttə, radikal dinçi dəstənin hakimiyyətə qarşı xaricdən körüklənən nifrəti! O və onun həmfikirləri pay ala bilmədikləri qazanın altını deşməyə çalışanlardı.
Öz feysbuk profilində hakimiyyət haqqında “siyasi məhbusların azadlığı və demokratik islahatlar tələbini rədd edənlər...” yazan xanım Hacıbəyli, illər öncə, ölkədə siyasi məhbusun olmadığını Avropanın ən mötəbər qurumlarının tribunalarından söylədiyini unudubmu? Azərbaycanı Avropa Şurasında təmsil edən heyətin üzvü olaraq G.Hacıbəylinin o vaxt hansı mövqedə olduğunu onu tanıyanların hamısı bilir.
Xanım Hacıbəylinin “ən sivil və səviyyəli” adlandırdığı dəstənin təmsilçilərindəki təfəkkürə baxın. Özünü “Şəmkir rayonunun ilahiyyatçısı” adlandıran Qulu İbrahimov: “...Buradan xəbərdarlıq edərək bildiririk ki, əgər o rəis haqqında tədbir görülməsə, Allah özü onu cəzalandıracaq. Biz bunu bildiyimiz üçün əlimizdən gələn hər bir şeyi edəcəyik ki, Allah o yezid xislətliləri məmurları bizim vasitəmizlə cəzalandırsın. Biz heç nədən qorxmuruq. Azərbaycan Konstitusiyasında ən ağır cəza ömürlük həbsdir. Biz nəinki ömürlük həbsə, dini dəyərlərimiz üçün hətta şəhid olmağa belə hazırıq... İmam Hüseynin (ə) buyurduğu kimi, “zillətlə yaşamaqdansa, izzətlə ölmək şərəflidir”...”

Budurmu “sivil və səviyyəli” qüvvələr?
Əlbəttə, dövlətin və cəmiyyətin təhlükəsizliyini qorumalı olan müvafiq qurum vaxtında öz məsuliyyət dairəsində çalışsaydı, bu cür qeyri-hüquqi, anti-konstitusion, zorakı çağırışlar eşidilməzdi. Bu cür təxribatçı və düşmən çevrələrin oyunlarına alət olan dəstələr ortaya çıxmazdı ki, bunu fürsət bilib gözləri parıldayan hacıbəylilər də boş xəyallara qapılmasınlar...
Azərbaycan xalqı bu dövləti qurmaq, bu bayrağı ucaltmaq üçün minlərlə şəhid verib, mübarizə aparıb və aparmaqdadı. Son günlər dövlətimizə və cəmiyyətimizə yönəlmiş təxribatçı, təhqiramiz və təhlükəli çağırışlar illərdir bir an belə səngiməyən təxribat siyasətinin davamıdır. Və bu illər ərzində olduğu kimi, bu dəfə də cəhdləri uğursuzluğa düçar olacaq. Azərbaycanı dünyəvi, hüquqi, sivil dövlət quruculuğu yolundan sapdırmağa çalışanlar bunu unutmasınlar!

Lent.az




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info