«İRƏLİ» Rusiya Gənclər İttifaqı ilə əməkdaşlıq edəcək
Tarix: 14.02.2013 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Azərbaycanın ən böyük gənclər təşkilatlarından biri olan «İRƏLİ» İctimai Birliyi beynəlxalq sahədə əməkdaşlığını genişləndirməkdə davam edir. Rusiya Federasiyasının Stavropol diyarının Pyatiqorsk şəhərində Rusiyanın ən böyük gənclər təşkilatlarından biri olan Rusiya Gənclər İttifaqı ilə «İRƏLİ» İctimai Birliyi arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bu barədə “İRƏLİ”nin Mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyeva qəzetimizə məlumat verib. İkitərəfli görüşdə «İRƏLİ» İctimai Birliyinin sədri Rauf Mərdiyev, Rusiya Gənclər İttifaqının sədri Pavel Krasnoruçkiy, Stavropol diyarının Gənclər Komitəsinin rəhbəri İrina Şatskaya, «İRƏLİ» İctimai Birliyinin nəzarət-təftiş komissiyasının sədri Xaqani Fərəcov, Rusiya Gənclər İttifaqının beynəlxalq əlaqələr departamentinin rəhbəri Nikita Smirnov, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi Serqey Nyuppa iştirak ediblər.
Mərasimdən öncə keçirilən görüşdə tərəflər imzalanacaq əməkdaşlıq müqaviləsinin önəmindən və onun hər iki ölkənin gəncləri üçün yaradacağı imkanlardan danışıblar. Rauf Mərdiyev qeyd edib ki, hal-hazırda Azərbaycan və Rusiya Federasiyası arasında yüksək səviyyəli münasibətlər hər iki ölkə rəhbərlərinin fəaliyyətinin nəticəsi olduğu kimi, bu münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsi və dərinləşdirilməsi olduqca vacibdir. «Gənclər sahəsində əməkdaşlığın yeni keyfiyyət mərhələsinə çıxarılmasında gənclər təşkilatlarının rolu böyükdür. Bu gün burada Azərbaycan və Rusiya Federasiyasının ən böyük gənclər təşkilatları arasında əməkdaşlıq müqaviləsinin imzalanması iki ölkənin gənclərinin daha sıx əməkdaşlığına, dolayısıyla iki ölkə arasında əlaqələrin daha da güclənməsinə gətirəcəkdir»-deyə Rauf Mərdiyev qeyd edib.
Pavel Krasnoruçkiy də bu əməkdaşlıqdan məmnun olacaqlarını vurğulayıb: «Bizim qarşımızda duran əsas məqsəd vahid informasiya mühiti yaratmaq, tərəfdaş olmaq, mütəmadi olaraq ideya mübadiləsi etmək və ortaq layihələr həyata keçirməkdir».
Görüşdən sonra «İRƏLİ» İctimai Birliyinin sədri Rauf Mərdiyev və Rusiya Gənclər İttifaqının sədri Pavel Krasnoruçkiy iki təşkilat arasında əməkdaşlıq müqaviləsinə imza atıblar. Müqaviləyə əsasən, hər iki gənclər təşkilatı gənclərlə bağlı müxtəlif istiqamətlərdə ortaq layihələr həyata keçirəcək, təcrübə mübadiləsində iştirak edəcəklər.
Mərasim mətbuat üçün brifinqlə yekunlaşıb.
Qeyd edək ki, Rusiya Gənclər İttifaqı 1990-cı ildə yaradılıb və hal-hazırda sıralarında 2 milyon gənci birləşdirir. Rusiya Federasiyasının ən fəal gənclər təşkilatlarından biri olmaqla RSM ölkənin 73 subyektində təmsil olunur. Hal-hazırda təşkilatın davam edən 20 ümumrusiya, 200 regional layihəsi mövcuddur. RSM-in fəaliyyətində il ərzində orta hesabla 1 milyon gənc iştirak edir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info