Taleyin əcaib BAĞIRTISI – Şəhidə hörmətsizlik, düşmənə səcdə...
Tarix: 11.11.2015 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Azərbaycanda müxtəlif adda dini təşkilatlar fəaliyyət göstərir, biri də “Müsəlman Birliyi Hərəkatı”dır. Bu təşkilatın dövlət qeydiyyatından keçməməsinə baxmayaraq, Azərbaycanda hökm sürən dini tolerantlıq “Müsəlman Birliyi Hərəkatı”nın fəaliyyətinə geniş imkanlar açıb.
Hərəkat rəhbərliyi isə bu imkanlardan İslamın imicinin daha da artması üçün istifadə etmək əvəzinə, əksinə, dinin mahiyyətinə uyğun olmayan mövqe nümayiş etdirir.
İslamın radikal din kimi sırınmasını istəyən terror təşkilatların, məsələn, “İŞİD”in qol-qanad açdığı bir vaxtda əsl dindarlar gərək daha ehtiyatlı davranalar. Nəzərə alalar ki, bu təşkilatların və onlara dəstək verən qüvvələrin əsas amalı - İslama vəhşilik aşılayan din damğası vurmaqdır. “Müsəlman Birliyi Hərəkatı”nın fəaliyyətinə gözucu nəzər salanda belə, məlum olur ki, onlar da İslamın radikal obrazını yaratmağa səy göstərirlər. Hərəkatın sədri Taleh Bağırzadənin çıxışlarına baxmaq dediklərimizin sübut edilməsinə kifayət edər. Bu çıxışların çoxu itaətsizliyə, dözümsüzlüyə çağırış notları üzərində qurulub. Halbuki İslam məhz dözümlülük dinidir.
Təbii ki, Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dinin inkişafına daim dəstək verir. Bu məntiqlə İslam dinini inkişafdan saxlamağa çalışanlar da dövlətin cəza aparatı ilə üzləşməlidir. Necə ki, Taleh Bağırzadə əməllərinə görə, artıq bir dəfə həbs olunub. İslam günahkarları lənətləyən və mütləq cəzalanacağını deyən mütərəqqi dindir. Özünü dindar adlandıran şəxs gərəkdir ki, bu hökmü unutmasın. Unutdumu, onu Taleh Bağırzadənin taleyi gözləyir...
Artıq bu şəxs ikinci dəfə hüquq mühafizə orqanları tərəfindən haqq yoluna, əsl İslama dəvət olundu. Bu dəfə onun hərəkətlərindəki məntiqsizlik özünü daha qabarıq göstərdi. Milli Qəhrəman Mübariz İbrahimovun anım günündə şəhidin məzarına yürüş təşkil edir və bu yürüş nəinki cəmiyyətdə, hətta şəhidin atası tərəfindən oğlunun ruhuna hörmətsizlik kimi qəbul olunur.
Taleh Bağırzadənin düşüncəsinin nəticəsində vəziyyət o həddə çatır ki, Biləsuvar rayonu Əliabad kənd sakini, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov Kütləvi İnformasiya Vasitələrinə məktub ünvanlamaq məcburiyyətində qalır. Məktubu oxuyan ən özbaşına adam da əməlindən utanardı. Qəribədir, “Müsəlman Birliyi Hərəkatı”nı müqəddəs məzara doğru istiqamətləndirənlər nəinki utanmadılar...
Əvvəl məktubda yer alan qan donduran misraları oxuyaq: “Son günlər bəzi radikal dindarlar oğlum Mübariz İbrahimovun şəhidliyinin ildönümündən sui-istifadə edərək onun məzarını ziyarət etmək bəhanəsi ilə qanunsuz hərəkətlər törətməyə cəhdlər göstərirlər. Onun əziz xatirəsini böyük qürurla qeyd etdiyimiz bir vaxtda bundan öz çirkin niyyətləri üçün istifadə etmək istəyirlər. Bu da bir ata kimi həm məni, həm də ailə üzvlərimi ciddi narahat edir və qəlbən incidir”.
Yəni elə bir müsəlman varmı, bu sözlərdən dərin kədər hissi keçirməsin? Demirik var, sadəcə, şəhid atasının və cəmiyyətin qınağına tuş gələnlərin növbəti dərkolunmaz hərəkətlərini sadalayırıq: 20-30 nəfər qanunsuz aksiya keçirərək, polislərlə qarşıdurma yaradırlar; kökü olmayan “mənbə”yə istinadən Milli Qəhrəmanın qardaşı Rəşadın Tale Bağırzadə ilə görüşdüyü xəbərini yayırlar.
Polislə qarşıdurmanı hüquq-mühafizə orqanları araşdırır. Jurnalistikanı maraqlandıran ikinci xəbərdir. Necə olur şəhidin atası oğlunun ruhuna hörmətsizlik edildiyini bəyan edir, şəhidin qardaşı isə hörmətsizliyin əsas müəllifi ilə görüşür?..
Xəbəri İslamazeri.az saytı “XalqXəbər" saytına istinadən yayıb. Oxucunun bəlkə də adına birinci dəfə rast gəldiyi “XalqXəbər" saytını, el dilində desək, ələk-vələk edirik, həmin xəbəri tapa bilmirik. Saytın rəhbərliyi ilə danışırıq. Onlar da belə bir xəbər yaydıqlarını inkar edirlər. Yəqin, bu yazıdan sonra görüş xarakterli qondarma hadisəyə Milli Qəhrəman Mübariz İbrahimovun qardaşı da münasibət bildirəcək. Çünki onun adından həm atasına, həm Biləsuvar İcra hakimiyyətinə, həm polisə böhtan atılır. Yazılır ki, Rəşad “görüşdə” belə deyib: “Bu məsələdə atama yanlış məlumat verilib. Sadəcə hazırlanmış yazını oxuyub imza atdırıblar. Atamın saflığından istifadə edib məlumatları qərəzli çatdırıblar”.
Şəhidə hörmətsizliyin ardından, onun atasına və qardaşına hörmətsizlik planını düşünüb hazırlamaq, şəhid adından manipulyasiya etmək insan düşüncəsinin məhsulu ola bilməz. Burada şeytan əməli var. Necə ki, şeytan ortaya kökü olmayan xəbər çıxarıb.
Köksüz və mənbəsiz bir şey heç nədir. Hacı Tale Ayətullah Həmədaninin əlini öpməsi hadisəsinin isə mənbəyi var və kökü çox dərinə gedib çıxır. Bu kökləri də mütləq araşdıracağıq.
Hələlik isə əlöpmə mərasiminə Taleh Bağırzadənin öz münasibəti ilə tanış olaq:“Ayətullah Həmədani İslam alimidir. Dünyada din alimlərinin əllərindən öpürlər. Burada heç bir problem yoxdur. O, bizim həmyerlimizdir. Hər şeydən öncə azərbaycanlıdır. Bizdə insanlar var ki, Avropada öz həyat yoldaşlarının əllərini öpdürürlər. Xəzər TV-nin göstərdiyi kadrı qeyd edərəm ki, Fətullah Gülənin də əlindən öpülür”.
Bura qədər yazdığımız 4847 işarəli yazı ilə Taleh Bağırzadənin hansı “məntiq” sahibi oduğunu göstərməyə çalışdıq. Deyəsən bunun üçün elə iki cümlə də yetərmiş.
1. “Bizdə insanlar var ki, Avropada öz həyat yoldaşlarının əllərini öpdürürlər” –məntiqli adam belə müqayisə aparmaz.
2. “Xəzər TV-nin göstərdiyi kadrı qeyd edərəm ki, Fətullah Gülənin də əlindən öpülür” – məntiqli adam terrorçunu özünə misal gətirməz.
Bax, xarici düşmənlər, əsas da ermənilər beləsini nəzərdə tutub deyirlər: “Müsəlmanın ağlına bax”. Anlaşılandır: axı xaricilər, əsas da düşmən erməni İslamın mahiyyətindən xəbərsizdir.

AzNews.az




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info