“Əlaçı” təqaüdü verilən tələbənin akademik göstəricisi 91 baldan az olmamalıdır”
Tarix: 11.11.2015 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


“Semestr nəticələrinə görə fənlər üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü verilir. Bu halda hər bir fənn üzrə tələbənin akademik göstəricisi 91 baldan az olmamalıdır”. Bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması” haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında edilən dəyişikləri şərh edərkən deyib. O bildirib ki, semestr nəticələrinə görə fənlər üzrə ÜOMG-si 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü verilir. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100, digər fənlərdən isə 71 baldan az olmamalıdır: “Semesrtr nəticələrinə görə fənlər üzrə ÜOMG-si 51-100 bal olan tələbələrə “adi” təqaüd verilir: bu halda hər bir fənn üzrə tələbənin akademik göstəricisi 51 baldan az olmamalıdır. Bu zaman tələbənin azı bir fəndən akademik göstəricisi 51-70 bal olmalıdır”.
S. Gözəlov qeyd edib ki, bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan tələbələr birinci semestr ərzində “adi”, 500-600 bal toplayanlara “həvəsləndirici”, 600-dən çox balla qəbul olunanlara isə “əlaçı” təqaüdü verilir: “V ixtisas qrupu üzrə 80 və daha çox bal toplayan və dövlət sifarişinə qəbul olunan tələbələrə “əlaçı” təqaüdü verilir”. S. Gözəlov onu da qeyd edib ki, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan tələbələrə birinci semestr ərzində “adi” təqaüd, 112 və daha çox balla qəbul olunanlara isə “əlaçı” təqaüdü verilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info